İbrahimov Zülfəli İmaməli oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov 1910-cu il de­kabrın 25-də anadan olmuşdur. 1932-ci ildə Moskva Ümumittifaq Jurnalistlər İnsti­tu­tu­na gön­dərilmiş və 1935-ci ildə hə­min institutu bitir­dikdən sonra Bakıya qayıt­mışdır.

Z.İbrahimov 1941-ci ildə fəlsəfə dok­toru, 1948-ci il­də elmlər doktoru, 1950-ci ildə isə professor elmi adı almışdır.

Z.İbrahimov 1959-cu ildə Azər­bay­can Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Z.İbrahimov 1960-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnsti­tutunun direk­to­ru vəzifəsində işləmişdir.

Z.İbrahimov 300-ə qədər monoqrafiya və elmi məqalələrin müəlli­fidir. O, elmi fəaliy­yətinin ilk dövrünü Azərbaycan xalqının ta­rixi keçmi­şinin mühüm problemlərinin təd­qi­qinə həsr etmişdir. Elmi fəaliyyətinin son­ra­kı mərhələsində isə «İngilis-amerikan mü­da­xi­ləçilərinə qarşı Azərbaycan xal­qının mü­ba­ri­zəsi», «Azərbaycanda 1905-1907-ci illər in­qi­labı», «Azər­bay­can zəhmətkeşlərinin so­sialist inqilabı uğrunda mübarizəsi» və s. əsər­lə­rini nəşr etdirmişdir.

Z.İbrahimov uzun illər Azərbaycan Dövlət Uni­ver­si­te­tində Vətən tarixin­dən ümumi və xüsusi kurs­lar aparmışdır. Onun rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq disser­ta­si­ya­ları müdafiə edilmişdir.

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Z.İbra­himov «Oktyabr in­qilabı», «Şərəf nişanı» ordenləri, bir çox me­dal və fəxri fərmanlarla təltif olun­muş, Azər­baycan SSR Dövlət Mükafatı laureatı və Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Zülfəli İbrahimov 1972-ci ildə Bakıda vəfat etmişdir.  

(1910-1972)