Mirəhmədov Əziz Mirfeyzulla oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov 1920-ci il fev­ralın 11-də Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində və Azər­baycan Döv­lət Universitetinin Fi­lo­lo­gi­­ya fakültəsi­nin dörd­illik şöbəsində ali təhsil almış (1938-1941), Azərbaycan Dövlət Uni­ver­si­te­tinin aspirantı olmuşdur. Əmək fəaliyyətinə AEA-nın Ni­za­mi adına Ədə­biy­yat İnstitutunda baş­lamış (1942), müx­təlif fasilələrlə burada elmi işçi (1945-1947), baş elmi işçi (1953-1958), (1960-1963), şöbə müdiri (1964-1980), direktor müa­vini (1980-1981), direktor (1981-1985) və­­zi­fə­lə­rində çalışmışdır. ADU-da baş müəllim (1943-1947), ADPİ-də baş müəllim (1949-1952), AEA Nizami adına Azər­baycan Ədə­biyyatı Muzeyinin direk­toru (1959-1960), Azərbaycan KP MK-da şöbə mü­dirinin  müavi­ni (1960-1963) olmuşdur.

Filologiya üzrə namizədlik (1955), dok­torluq (1973) dissertasiyaları müda­fiə etmiş, AMEA-nın müxbir üzvü seçilmişdir (1980).

Ə.Mirəhmədovun Azərbaycan ədə­biy­­ya­tı tarixini, xüsusən də onun yeni döv­rü­nü (XIX-XX əsrlər) tədqiq etmək sa­hə­sin­də böyük xid­mətləri olmuşdur. O, M.F.Axundov, M.Ha­di, M.Ə.Sabir, C.Məmmədquluzadə, A.Şaiq kimi bö­yük sənətkarlar, «Molla Nəs­rəd­din» jurnalı haq­qında qiy­mətli mo­no­qra­fi­ya­ların müəlli­fi­dir.

Alimin klassiklərimizin əsər­lə­­ri­nin elmi-tənqidi nəşrlərinin hazırlan­ma­sı, ədə­­bi-tarixi abidələrin, ədəbi mətbuat ma­te­rial­­la­rının translite­ra­siyası və nəşri işlərində də böyük əməyi olmuşdur. Nizami əsərlərinin filo­lo­ji və  bədii tərcü­məsi, Füzulinin altıcildliyi, M.F.Axun­dovun üçcildliyi, C.Məm­məd­qu­lu­za­dənin üçcildliyi, Səməd Vurğunun altıcild­li­yi və s. kitablar onun rəhbərliyi altında ha­zır­la­nıb və nəşr olunub. Milli mədəniyyətimizin böyük abidələri olan «Əkinçi» və «Molla Nəsrəddin» mətnlərinin transliterasiyası  və nəş­rə hazırlanması da bilavasitə onun iştirakı və rəhbərliyi altında  yerinə yetirilmişdir.

«Ədəbiyyat tarixi» kitablarının hazır­lan­ma­sında da Ə.Mirəhmədov fəal iştirak etmişdir. İkicildlik «Müxtəsər Azərbaycan ədəbiyyat tari­xi»nin (1943-1944) hazır­lanması zamanı təc­rübə toplamış alim üçcildlik «Azərbaycan ədə­biyyatı tarixi»nin (1957-1960) əsas müəl­lif­lə­rindən və redaktorlarından biri olmuşdur. O, ha­zır­da nəşr prosesində olan altıcildlik «Azər­bay­can ədə­biyyatı tarixi»nin də müəl­lif­lə­rin­dən biridir.

20-dək kitabın, 500-dən artıq elmi mə­qa­­lə­nin müəllifi olan Ə.Mir­əhmədov Əmək­dar elm xadimi fəxri adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov 2002-ci il avqustun 30-da Bakıda vəfat etmişdir.

 (1920-2002)