Mustafayev Həmid Veysəl oğlu

H.Mustafayev 1932-ci ildə Bakı şəhə­rində anadan olmuşdur. 1956-cı ildə Moskva Dövlət Uni­versitetinin Geologiya fakültəsini bitirmişdir. Moskvada Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspi­­ranturasında oxumuşdur.
 
H.Mustafayev 1965-ci ildə fəlsəfə dok­toru, 1975-ci ildə isə geologiya-mine­ralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, pro­fessor elmi adını almış, 2001-ci ildə Azər­baycan Milli Elmlər Akademiyası­nın (AMEA) müxbir üzvü seçilmişdir.
 
H.Mustafayev 1956-1960-cı illərdə keçmiş SSRİ Geologiya Nazir­liyinin Qır­ğızıstan və Azərbaycandakı istehsalat təşkilatlarında işləmişdir. 1963-cü ildə AEA-nın Geologiya İnstitutunda (in­di­ki Geologiya və Geofizika İnstitutu) işlə­məyə başlamışdır. H.Mustafayev me­tal­logeniya, geokimya və petrologiya sahə­lərində görkəmli mütəxəssis olmuş­dur. O, maqmatik formasiyaların petrolo­giyası və metal­logeniyası məsələlərini həll etmək üçün statistik-mineraloji-geo­kimyəvi istiqamətli tədqiqatları inkişaf etdirmiş, mezozoy qranitoid kompleksi üzrə fundamental tədqiqatları yerinə yetirmişdir. Onun elmi proqnozu Kiçik Qaf­qazın şimal-şərq hissəsində sənaye əhəmiyyətli yeni mis-porfir filizləşməsi­nin kəşf olunması ilə təcrübədə təsdiq olunmuşdur. O, Azərbaycanın maq­matik for­masiyalarının müasir təsnifatının, yeni metodika ilə tərtib olunmuş və 1979-cu ildə nəşr olunmuş “Azərbaycanın maqmatizm və meta­morfizm xəritə­ləri”nin və respublikanın maqmatik süxur­larının yeni təsnifatının müəlliflə­rindəndir. H.Mustafayev Azərbaycan ərazisi­nin filiz rayonlarının yeni təsni­fatını tərtib et­miş, yataqların axtarışının mine­raloji-geokimyəvi kriteri­lərini hazırlamış, ölkə­nin müxtəlif metallogenik zona­larında mis, qalay və bir sıra başqa metalların miqdarının proqnozlaşdırılması və resurs­larının açılması imkanlarının nəzəri əsaslandırılması üzrə işlər apar­mışdır. Həmkarları ilə birlikdə mis-kolçedan, kol­çedan-polimetal, kolçedan-qı­zıl filizi yataqlarının geoloji-genetik modelləş­di­ril­məsini, onların formasion analizini aparmış, ilk dəfə olaraq onların geoloji-mineraloji-geokimyəvi para­metrlərinin informa­si­ya dərəcəsini müəyyən etmişdir.
 
H.Mustafayevin 120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəl­liflərlə) nəşr olunmuşdur. O, AMEA-nın Geologiya İnstitutu­nun Metal­lo­geniya şöbəsinə başçılıq etmişdir.
 
H.Mustafayevə 1991-ci ildə Azərbaycanın Əməkdar geoloqu adı verilmişdir.
 
AMEA-nın müxbir üzvü Həmid Mustafayev 2011-ci ildə Bakıda vəfat etmişdir.

(1932-2011)