Ramazanov Kərim Nəzir oğlu

Ramazanov Kərim Nəzir oğlu 1947-ci il martın 1-də Qax rayonunun İlisu kəndində ana­dan olmuşdur. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutu­nu (indiki ADNSU) mü­həndis-elektromexanik ixtisası üzrə bitir­miş­dir.

1978-ci ildə texnika üzrə fəlsəfə dok­toru, 1991-ci ildə texnika üzrə elmlər doktoru elmi də­rə­cələrini, 1996-cı ildə professor elmi adını al­mış, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

1970-ci ildə Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda əmək fəa­liyyətinə başlamış, laboratoriya müdiri (1980), elmi işlər üzrə direktor müa­vin­i (1981-1993), direktor (1993-2002) vəzifələrində çalışmışdır. 2002-ci il­dən öm­­rü­nün sonuna kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf nazi­rinin enerji mə­sələləri üzrə müşaviri olmuşdur. Eyni zamanda, AMEA Fizika İnstitu­tunda elmi, Azərbaycan Dövlət Neft Akademiyasında pedaqoji fəaliy­yətini davam etdirmiş, “Energetikanın problemləri” jurnalının baş redaktoru olmuşdur. AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Büro üzvü, Res­publika Elmi Tədqi­qat­ların Təşkili və Əlaqələndirilməsi Şurasının “Energe­tikanın kompleks problem­ləri” Problem Şurasının sədri olmuşdur.

Elmi əsərləri enerji sistemlərinin optimal idarə olunması, enerji resurs­larına olan tələbatın proqnozlaşdırılması, yanacaq-enerji balansının optimal­laşdırılması məsələlərinə həsr olunmuşdur.

K.Ramazanov 100-ə qədər elmi əsərin, 3 ixtiranın müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif olun­muşdur.

AMEA-nın müxbir üzvü Kərim Ramazanov 2012-ci ildə Bakıda vəfat etmişdir.

 (1947-2012)