Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu

Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu 1913-cü il dekabrın 3-də Şəki şəhə­rin­­də ana­dan olmuşdur. Azərbaycan Sənaye İnstitu­tunun Kimya-texnologiya fa­kültəsini bitirmişdir  (1936).

1941-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını almış, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

1968-1970-ci illərdə Azəbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda labo­ra­toriya müdiri, 1970-1983-cü illərdə Azər­bay­can SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün sonuna kimi həmin institutda laboratoriya müdiri işləmişdir.

Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyat­lara ma­lik olan mineral xammalın - alümosilikatların, seolitlərin, bentonit gil mineral­la­rının və başqa mürəkkəb oksid sistemlərin neft fraksiyalarının ema­lında kata­lizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlmişdir. Bu tip katali­zator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticə­sində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, kon­kret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir.

Z.Zülfüqarovun əldə etdiyi elmi nəticələr onun «Krekinq katalizator­larının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri», «Azərbaycan ben­tonit gillə­rinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyət­lərinin təd­qi­qi», “Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogen­ləşdirilmiş kata­li­­zatorlar” və bir çox başqa əsərlərində öz əksini tapmışdır.

Z.Zülfüqarov 400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 mono­qrafi­yanın müəllifidir.

Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru hazırla­mışdır.

Z.Zülfüqarov II dərəcəli “Vətən Müharibəsi” ordeni və 16 müxtəlif me­dalla təltif olunmuş, Azərbaycan SSR Dövlət Mükafatı Laureatı olmuş və Azər­baycan SSR-in Əməkdar elm xadimi adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Zülfüqar Zülfüqarov 1992-ci ildə Bakıda vəfat etmişdir.

(1913-1992)