Mehtiyev Arif Şəfayət oğlu

Mehdiyev Arif Şəfaət oğlu 1934-cü il dekabrın 19-da Bakı şəhərində anadan olmuş­dur. 1957-ci ildə Moskva Elek­trotexniki Rabi­tə İnstitutunu bitirmişdir. 1969-cu ildə fizika üzrə fəlsəfə doktoru, 1984-cü ildə fizika üzrə elmlər dok­toru elmi dərəcəsini, 1987-ci ildə isə pro­fessor elmi adını almış, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Əmək fəaliyyətinə 1957-ci ildə AEA-nın Fizika İnstitutunda başlayaraq 1975-ci ilə­dək baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzi­fələrində çalışmışdır. AEA «Xəzər» Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini (1975-1978), AMEA Təbii Ehti­yat­ların Kosmik Tədqiqatları İns­titutunda elmi işlər üzrə direktor müavini (1978-1982), Kosmik Tədqiqat­lar Elm-İstehsalat Bir­li­yinin Baş direktorunun birinci müa­vini (1982-1991), 1991-ci ildə Baş di­rek­toru olmuşdur. Azərbaycan Milli Aerokos­mik Agent­liyinin Baş direktoru (1992-2003), AMEA-nın vitse-prezidenti (2001-2007) vəzifələrində çalışmışdır. 2002-ci ildən MAA Aerokosmik Monitorinq kafedrasına rəhbərlik etmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attes­tasiya Komissiya­sının sədri olmuşdur. A.Mehdiyev yerüstü və bort məlumat-ölçü kompleksləri­nin işlənib hazırlanması sahəsində mühüm layihə­lə­rin icraçısı kimi məsafədən aerokosmik tədqiqatlar sahəsində Yerin Kosmos­dan tədqiqinin texniki vasitələri­nin işlənib hazırlanmasının elmi prinsiplərini müəyyən­ləş­dirmiş, bir sıra müxtəlif təyinatlı məlumat-ölçü komplekslərinin hazırlanma­sında və kosmik məlu­matların emalında yeni texnologiyaların – coğrafi-məlumat sistemləri texnologiya­la­rı­nın tət­biqi sahəsində yüksək nəti­cə­lər əldə etmişdir. Onun rəhbərliyi ilə hazır­lanmış yer­üstü və təyyarə məlu­mat-ölçü kompleksləri «Günəş-84» Beynəlxalq Eks­perimen­tində istifadə edil­məklə yanaşı Polşa, Çexoslovakiya, Monqolustan və Maca­­rıstan kosmonavt­ları kos­mosda uçan zaman tədqiqatçıları peykaltı ölçmələrlə təmin etmişdir. Uzun müddət hərbi təyinatlı məlumat-ölçü komplekslərinin yara­dıl­ması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. O, kosmik fəzanı tədqiq edən peyk cihazlarının, o cümlədən «Sal­yut-So­yuz» orbital kompleksinin bortunda fəaliyyət göstərən «RS-17» rent­gen spektro­met­rinin yaradılmasında fəal iştirak etmişdir. Onun iştirakı ilə işlənib hazır­lanmış «Pulsar-X1» rentgen teleskopu «Mir» orbital stansiya­sında öz funksiyasını axıradək yerinə yetirmişdir.

A.Mehdiyev 300-dən artıq çap edilmiş elmi əsərin, o cümlədən 50-dək patentin müəllifidir. Rəhbərliyi altında 20-dək fəlsəfə doktoru, 5 elmlər doktoru hazırlan­mışdır.

Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) həqiqi üzvü, BMA-nın Azərbay­can şöbəsinin prezidenti, Amerika Astronavtika və Aeronavtika İns­titutunun üzvü və YUNESKO-nun İnformasiyalaşdırma Akademiyasının həqiqi üz­vü, Rusiya mühəndis­lik aka­demiyasının həqiqi üzvü, Azərbaycan Res­publikası «Radionaviqasiya» Şurası­nın sədri və MDB ölkələri üzrə «Radio­na­viqasiya» Şurasında Azərbaycan Res­publika­sının nümayəndəsi olmuşdur.

Azərbaycan SSR Əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Dövlət müka­fatı laureatıdır. Y.Məmmədəliyev adına medal, BMA ”Böyük qızıl medalı”, “Şərəf nişanı” ordeni (1979), Belarus Respublikasının “Fran­sisk Skorina” medalı, Azərbay­can Respublikasının “Şöhrət” (2009) və “Şərəf” (2014) ordenləri ilə təltif edilmişdir.

A.Mehdiyev 19 dekabr 2016-cı ildə vəfat etmişdir.

 (1934-2016)