Əliyev İqrar Həbib oğlu

Akademik İqrar Həbib oğlu Əliyev 1924-cü il mar­tın 14-də Bakıda anadan olmuş­dur. 1940-1945-ci il­lər­­də Azərbaycan Dövlət Universitetinin (in­di­ki BDU) Tarix fakültəsin­də təhsil al­mışdır. 1945-ci ildə Azərbaycan Elmlər Aka­de­mi­ya­sı­nın Tarix İnstitutunun əyani aspi­ran­turasına da­xil olmuşdur.

İ.Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru disser­ta­siya­larını mü­da­fiə etmiş, 1981-ci ildə professor elmi adını al­mış­dır.

Qədim yunan və latın dillərini mükəm­məl bilən İ.Əliyev 1962-ci ildə Lenin­qrad­da akademik V.V.Struve və başqa görkəmli rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sa­həsində öz biliyini təkmilləşdirmiş, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini - akkad, qə­­dim yəhudi, şumer dillə­rini öyrənmişdir.

İ.Əliyev 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü, 2003-cü ildə isə Beynəlxalq Elmlər Aka­demiyası Azər­bay­can Bölməsinin həqiqi üzvü seçilmişdir.

İ.Əliyev 1957-ci il yanvarın 1-dən 1978-ci il yanvarın 17-dək Azər­baycan Elm­lər Akademiyası Tarix İnstitutunun Azər­bay­ca­nın qə­dim dövrü tarixi şöbə­sinin müdiri, 1978-ci il­dən 2004-cü il iyunun 11-dək həmin ins­ti­tu­tun direkto­ru və 1981-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyası İc­timai Elmlər Böl­mə­sinin akademik-ka­ti­bi və­zifələrində çalışmışdır.

İqrar Əliyev Azərbaycanın qədim tarixi və arxeologiyası, qədim Şərq fəlsə­fəsi üzrə 6 mo­­­noqrafiya və 200-dən artıq məqalənin müəl­­lifidir. O, 3 cildlik “Azərbaycan ta­ri­xi”nin əsas müəlliflərindən biri və re­dak­tor­la­rın­­dan­dır. Çox­cildli “Azərbaycan tarixi”nin Baş Redaksiya Şurasının, həmçinin I cildin əsas müəlliflərindən biri və məsul redaktoru ol­­muşdur. Azərbay­can tarixşünaslı­ğın­da ilk də­fə olaraq Azərbaycan tarixi ilə sıx çul­ğa­la­şan Midi­ya tarixini tədqiq etməyə baş­la­mış­dır. Onun tədqiqatlarında Midiya mə­də­niy­yəti geniş işıqlan­dırılmış, Cənubi Azər­bay­ca­nın və onunla həmsərhəd vilayətlərin etnik ta­rixi prob­lemlərinə, Azərbaycan əra­zi­sin­də­ki ka­ta­kom­ba mədəniyyətinin təsvirinə ge­niş yer ve­rilmişdir.

İ.Əliyev uzun müddət Azərbaycan To­­­ponimiya Komissiyasının sədri, Mə­də­niy­yət və Tarixi Abidələrin Mühafizəsi Cə­miy­yə­ti­­nin və Dövlət Mükafatları üzrə Komitənin sədr müavini, Nizami Komissiyasının, Azər­bay­­can Sovet Ensi­klo­pe­diyası Elmi Şurasının, Azərbaycan Milli Elmlər Akade­mi­yasının “Xə­bər­lər”inin və “Вестник Древ­ней ис­то­рии” jurnal­larının redak­siya he­yətlərinin üzvü olmuşdur.

İ.Əliyev “Əmək fə­da­kar­lı­ğı­na görə” medalı, “Xalqlar Dostluğu” or­de­ni, Azər­baycan Respublikasının Prezidenti Hey­dər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni (1999), Rusiya və Azərbaycan Elmlər Aka­de­mi­yalarının Fəxri fərman­ları ilə təltif olun­muşdur.

Akademik İqrar Əliyev 2004-cü ildə Ba­kıda vəfat etmişdir.

(1924-2004)