Əmirxanov Həbibulla İbrahim oğlu

Həbibulla İbrahim oğlu Əmirxanov 1907-ci il mayın 7-də Dağıstanın Korod kən­dində anadan olmuşdur.

Fizika-riyaziyyat üzrə elmlər doktoru (1942) elmi dərəcəsini, professor elmi adını almışdır.

1949-cu ildə Аzəгbаусаn EA-nın həqi­qi üzvü, 1972-ci ildə SSRİ EA-nın müx­bir üzvü seçilmişdir.

1935-ci ildə yaradılmış SSRİ EA-nın Azər­baycan filialının fizika sektorunun rəh­bə­ri, Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun direktoru (1945-1950), SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri, SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru və Azərbaycan Sənaye İnstitutunun fizika kafed­rasının müdiri vəzifələrində çalışmışdır.        

H.Əmirxanovun tədqiqatları neft fizikasi, yarımkeçiricilər, geofizika və fiziki termodinamikaya həsr olunmusdur. İstilik tutumu və istilikkeçir­məni ölçmək üçün yüksək dəqiqliyi ilə fərqlənən cihazlar yaratmışdır. İxtira etdiyi adiabat kalorimetr SSRİ XTNS-in fəxri diplomuna layiq görülmüşdür. Mədən süxurları­nın mütləq yaşını təyin etmək üçün kütlə spektrometriyasına əsasla­nan yeni üsulun müəlliflərindəndir. Akademik A.F.İoffenin tələbəsi kimi yarımkeçiricilər məktəbinin üzvü olmuş və öz tələbələri və həmkarları ilə böyük elmi məktəb yaratmışdır.

H.Əmirxanovun rəhbərliyi və bilavasitə iştirakı ilə müxtəlif elmi isti­qamət­lərdə - yarımkeçiricilər fizikası, neft fizikası, geofizika və fiziki termo­dinamika üzrə tədqiqatlar aparılmış, metal və bəzi yarımkeçiricilərin fiziki xüsusiyyət­ləri, neft və neft məhsullarının molekulyar-istilik xüsusiyyətləri, Xəzər dənizi sularının, Abşeron rayonu ərazisinin və Naftalan neftinin radio­aktivliyinin təd­qiqi sahəsində geniş tətbiq olunan nəticələr əldə edilmişdir. O, güclü maqnit sahəsində Landau səviyyələrinin spin parçalanması və maqnit müqavimə­ti­nin kvant ossilyasiyasını tədqiq etmişdir. 400-dən artıq elmi əsərin, 13 mo­no­qra­fiyanın müəllifidir.

SSRİ, Rusiya və Dağıstan respublikalarının Ali Sovetlərinin deputatı olmuşdur.

H.Əmirxanov Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR (1946) və Dağıs­tan MSSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Vavilov adına qızıl medalla təltif olunmuşdur. Dağıstan Elmi mərkəzinin Fizika İnstitutuna H.Əmir­­­xanovun adı verilmişdir.

Akademik Həbibulla Əmirxanov 1986-cı ildə vəfat etmişdir.

(1907-1986)