Kərimov Cahangir Abbas oğlu

Azərbaycan Milli Elmlər Akademiyası­nın həqiqi üzvü Cahangir Abbas oğlu Kərimov 18 iyul 1923-cü ildə Bakı şəhərində anadan ol­muş­dur.

C.Kərimov 1942-ci ildə Bakı Ze­­nit artilleriyası hərbi məktəbini bitirdikdən son­­ra Zaqafqaziya cəbhəsinə göndərilmiş, Bö­­yük Vətən müharibəsinin iştirak­çısı olmuş və 29 may 1946-cı ildə ordu sıralarından tərxis edil­mişdir.

C.Kərimov 1946-cı ildə Ümumittifaq Hüquq Qi­ya­bi İnstitutunu bitirmiş, 1950-ci ildə fəlsəfə doktoru, 1961-ci ildə isə elmlər doktoru adını almışdır.

C.Kərimov 1966-cı ildə Rusiya Elm­­lər Akademiyasının müxbir üzvü, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

C.Kərimov 1965-1969-cu illərdə Leninqrad Dövlət Uni­versitetinin prorek­toru vəzifəsində ça­lış­mış, 1989-1991-ci illərdə SSRİ xalq deputatı, SSRİ Ali So­ve­tinin üzvü olmuşdur.

Hüquq elminin, sosial planlaşdırma və ida­rəetmə, dövlət və hüquq nəzəriy­yəsinin fəl­sə­fi problemləri üzrə mütəxəssis olan C.Kərim­ovun elmi fəaliyyəti ümumi hüquq nə­zəriyyəsi, hüquq sosiologiyası və hü­quq fəl­səfəsi, qanun­verici texnika, hüquq psi­xo­lo­giyası, hüquqi kibernetika, hüquq po­zun­tu­la­rının profi­lak­tikasına həsr edilmişdir. Ali­min 40 mono­qra­fiyası və 700-dən çox elmi mə­­qa­ləsi çap olunmuşdur.

C.Kərimov Serbiya Elmlər və İn­cəsənət Akademiyasının, Fin­landiya Elmlər və Ədəbiyyat Akademiyasının, Çernoqoriya Elm­lər və İncəsənət Akademiya­sının, Rusiya İc­timai Elmlər Akademiyasının, Beynəl­xalq İn­for­masiya Prosesləri və Texnologiyaları Aka­de­miyasının, Rusiya Federasiyası Siyasi Elm­lər Akade­miyasının, Beynəl­xalq İnfor­masiyalaşdırma Akade­mi­­yasının akademiki, Hon­konq Bey­nəlxalq Hüquq və İqtisadiyyat İns­ti­tu­tu­nun Fəxri prorektoru, Rusiya Elmlər Akade­mi­yasının İctimai-Siyasi Tədqiqatlar İnsti­tu­tu­nun, Moskva Dövlər Hüquq Akade­mi­ya­sı­nın baş elmi işçisi, Rusiya Elmlər Aka­de­mi­ya­sının İctimai Elmlər şöbəsinin üzvü olmuşdur.

SSRİ Dövlət Mükafatı laureatı C.Kə­rimov bir çox xarici ölkələrin müxtəlif or­den və medalları ilə təltif olmuşdur.

AMEA-nın həqiqi üzvü C.Kərimov 22 fevral 2015-ci ildə Moskva şəhərində vəfat etmişdir.

 (1923-2015)