Nağıyev Murtuza Fətulla oğlu

Nağıyev Murtuza Fətulla oğlu 1908-ci il mayın 5-də Cənubi Azər­bay­ca­nın Sərab şəhərin­də anadan olmuşdur.

1940-cı ildə M.Nağıyev kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə kimya üzrə elm­lər doktoru, 1945-ci ildə professor elmi adını almış, 1952-ci ildə isə Azər­bay­can SSR EA-nın həqiqi üzvü seçilmişdir.

Azərbaycan SSR EA Neft İnstitutunda şöbə mü­diri (1945-1946), ins­titutun direk­to­ru və şöbə müdiri (1945-1956), Azərbaycan EA Neft-Kimya Pro­sesləri İnstitu­tu­nun (1959-1962), Azər­baycan EA Kimya Tex­nolo­gi­yasının Nəzəri Prob­­lemləri İnstitu­tu­nun yaradıcısı və direk­toru ol­muşdur (1965-1975). M.Nağı­yev Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Hey­ə­tində bir sıra məsul vəzi­fələrdə çalış­mışdır. Elm­lər Akademiyasının Fizika-tex­nika Elmləri və Neft böl­mə­­sinin sədri (1954-1957), Elmlər Akademiyasının birinci vitse-prezi­denti (1957-1959), Azər­baycan EA-nın Kimya Elmləri böl­məsinin aka­demik-katibi (1959-1960), Azər­baycan EA-nın aka­demik-katibi olmuşdur (1962-1967).

M.Nağıyevin elmi fəaliyyəti­nin əsas istiqaməti neft kimyası və tex­nologiyası, kimyəvi reaksiyaların kine­tika və termodinamikası idi. M.Na­ğı­yev dünyada kim­ya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qə­bul olunmuş resirkul­yasiya prosesləri nəzəriy­yə­si­nin yaradı­cısıdır. Onun işləyib hazırla­dığı resir­kul­yasiya prosesləri nəzəriyyəsi kimya-texnologiya proseslərinin və eləcə də, Kim­­ya Tex­no­lo­giyası Kom­bi­nat­la­rının (KTK) ən effektli yolla in­ten­sivləş­di­ril­məsinə im­kan yaratmış­dır. M.Na­­­ğı­yevin qlobal optimallaş­dırma anla­yışı, məhz mürək­kəb KTK-nın optimal­laşdırılmasına sis­temli yanaşma nəticəsində kimyə­vi proseslərin mo­del­ləşdiril­məsinə ilkin təkan vermiş və onun bu sahədə prio­ritetliyi bütün dünyada qəbul olun­muşdur. M.Nağı­yev tə­rə­findən əsası qoyulmuş super opti­mallıq prinsipi kimyanın klas­sik ən­ənə­lərindən fərqli olaraq kimya proses­lərinin təd­qi­qinə yeni yanaşma üsulu idi. Bu da kimyəvi proseslərin aparıl­ma­sı üçün elə bir şərait yaradır ki, kimyəvi reaktorların yüksək məh­sul­dar­lıqla işləməsi və tullantıların azal­ması mümkün olur, super optimallıq prinsipinin istehsalatda tətbiqi qurğu­ların inten­siv işləməsi ilə tullan­tısız istehsala təminat verir.

M.Nağıyev Azərbaycan elmini möhtəşəm beynəlxalq konqres, simpo­zium və konfranslarda ləyaqətlə təmsil etmişdir.

M.Nağıyev 300 elmi əsərin, o cümlədən 12 müəlliflik şəhadətnaməsi və 30 fundamental mo­no­qrafiyanın müəl­lifidir.

Onun rəhbərliyi ilə 3 elmlər dok­toru və 30 fəlsəfə doktoru yetiş­dirilmişdir.

M.Nağıyev görkəm­li ictimai xadim kimi Azərbaycan Ali Sovetinin 4, 5 və 6-cı çağı­rışlarının deputatı olub.

Əmək­dar elm xa­dimi və Sosialist Əməyi Qəhrə­manı adlarına layiq gö­rül­müş, həmçinin “Lenin”, “Qır­mızı Əmək Bayrağı” ordenləri və bir sıra me­dallarla, Azər­baycan Ali Sove­tinin Fəxri Fər­manı ilə təltif olunmüşdür.

Akademik Murtuza Nağıyev 1975-ci ildə Bakıda vəfat etmişdir.

 (1908-1975)