Sumbatzadə Əlisöhbət Sumbat oğlu

Akademik Əlisöhbət Sumbat oğlu Sum­­bat­zadə 1907-ci il yanvarın 21-də Bakı­da anadan olmuşdur. 1926-cı ildə Azərbay­can Dövlət Universiteti (indiki BDU) Şərq­şü­naslıq fa­kül­təsinin tarix-etnologiya şö­bə­­­sinə daxil ol­muş, 1930-cu ildə təhsilini başa vur­muşdur.

Ə.Sumbatzadə 1930-cu ildə fəlsəfə doktoru, 1948-ci ildə elmlər doktoru, 1954-cü ildə professor elmi adı­nı almış, həmin il Azərbaycan Elmlər Aka­de­miyasının müxbir üzvü, 1958-ci ildə isə hə­qi­qi üzvü seçilmişdir.

Ə.Sumbatzadə 1957-59-cu illər­də Azər­baycan Elmlər Akade­miyasının vitse-pre­­zidenti, 1959-63-cü illərdə İqtisadiyyat İns­­titutunda şöbə müdiri, 1963-1969-cu illər­də Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direk­to­ru, 1970-1981-ci illərdə Azər­baycan Elmlər Akade­mi­yası İctimai Elmlər Bölməsinin aka­de­mik-katibi olmuşdur. 1982-1992-ci illərdə İc­timai elmlər üzrə Elmi Məlumat Mər­kə­zin­də şöbə müdiri vəzifəsində çalışmışdır.

Ə.Sumbatzadə əsasən XIX–XX əsrin əvvəllərində Azər­baycanın sosial-iqti­sadi tari­xinin tədqi­qat­çısı kimi 3 cildlik «Azər­bay­can tarixi» (Bakı, 1958-65), «Azər­bay­ca­nın Rusiyaya birləşdirilməsi və onun mü­tə­rəq­qi iqti­sadi və mədəni nəti­cələri» (Bakı, 1955, rus dilində), «SSRİ tarixi» (VI cild; Moskva, 1967), «Zaqafqazi­yada Sovet hakimiyyətinin qə­ləbəsi» (Tbilisi, 1971), «Böyük Oktyabrın ta­rixi təcrübəsi» (Moskva, 1975), «Qeyri-ka­pi­talist inkişaf yolu və müasirlik» (Ulan-Ba­tor, 1977), «Böyük Oktyabr və Sovet Azər­bay­canının iqtisadiy­ya­tı­nın və mədə­niyyətinin çi­çəklənməsi» (Bakı, 1977), «Müasir dövrdə So­vet Azərbaycanının iqtisadiyyatının inki­şa­fı» (Bakı, 1980), «Sovet tarix elmi 1975–1979-cu illərdə» (Moskva, 1980), «Azər­bay­can xalqının etnogenezi» (Bakı, 1988) və s. kol­lektiv əsərlərin müəlliflərindən və re­dak­tor­larından olmuşdur.

Ə.Sumbatzadənin elmi kadrların ha­zır­lanmasında böyük xidmətləri olmuş­dur.

Ə.Sumbatzadə ölkə və beynəlxalq miqyaslı sim­po­zium, konfrans və kon­qres­lərdə (Daşkənd-1957, Moskva-1960, Tehran-1966, Düşənbə-1968, Mos­kva- Leninqrad-1970, Aşqabad-1972, Berlin-1973, Ulan-Bator-1974, San-Fran­sisko-1975, Edinburq-1978, Buxarest-1980 və s.) məruzələrlə çıxış etmişdir.

Ə.Sumbatzadə «Qırmızı Əmək Bay­ra­ğı» ordeni və müxtəlif medal­larla təltif edil­miş, Azərbaycan SSR Əməkdar elm xadimi fəx­ri adına layiq görülmüşdür.

AMEA-nın həqiqi üzvü Ə.Sum­bat­za­də 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir.

 (1907-1992)