Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş fəxri üzvlər

Mirzəbəyov Andrey Daryeviç (1937-2003)

Andrey Daryeviç Mirzəbəyov 19 ok­tyabr 1937-ci ildə Bakı şəhərində ana­dan olmuşdur.

M.V.Lomonosov adına Zərif Kimya Tex­­nologiyası İnstitutunda təhsil almışdır (1955-1962). Onun elmi fəaliyyəti SSRİ EA-nın Molekulyar Biologiya İnstitutu (Moskva) ilə bağlı olmuşdur. O, baş laborant (1961), kiçik elmi işçi (1962), böyük elmi işçi (1968), labo­ratoriya müdiri (1973), direktor (1984-2003) vəzifələrində çalışmışdır. A.D.Mirzəbəyov kimya üzrə fəlsəfə doktoru (1965), elmlər doktoru (1972) olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1981) və həqiqi üzvü (1987), AMEA-nın həqiqi üzvü (2002) seçilmişdir. Alimin elmi-pedaqoji fəaliyyəti­nə Moskva Fizika-Texnika İnstitutunda Molekulyar Biofizika kafedrasına 10 illik rəhbərliyi də daxildir.

A.D.Mirzəbəyov ABŞ-ın məşhur genetikləri ilə əməkdaşlıq edərək DNT-nin ilkin strukturunun müəyyən edilməsi üçün yeni metod hazırla­mışdır (1973).

Onun əsas fundamental və tətbiqi tədqiqat istiqamətləri: Biomole­kul­ların və biomolekul komplekslərin quruluş və funksiyalarının öyrənilməsi; Genetik informasiyanın realizasiya mexanizmlərinin analizi; Fundamental tədqiqatlar üçün bioçiplərin yaradılması; Tibbi diaqnostika və DNT-nin ve­ri­lənlər baza­sı­nın formalaşdırılması üçün bioçiplərin yaradılması; Bioçiplər texnologiyasının cihaz-analitik bazasının yaradılması; Bioçiplərin kütləvi istehsal vasitələrinin istehsalı; Elmi və tibbi profilli maraq göstərən təşki­latlara bioçiplər texnologi­ya­sının öyrədilməsi və verilməsi.

Akademik A.D.Mirzəbəyov uzun illər akademik Cəlal Əliyevin rəh­bərlik et­diyi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (AMEA Botanika İnstitutunda) şöbəsi ilə birgə tədqiqatlar aparmış, şöbənin gənc alimlərinin SSRİ EA və Rusiya EA Molekulyar Biologiya İnstitutunda uzun və qısamüddətli ezamiyyətlərdə olması, təkmilləşdirmə kursları keç­məsi, Botanika İnstitutunun bəzi reaktiv və avadanlıqla təchiz olunması üçün köməklik göstərmişdir.

A.D.Mirzəbəyov 250-dən çox çap olunmuş əsərin və ixtiraların müəl­lifidir. Onun rəhbərliyi altında 35 fəlsəfə doktoru və 3 elmlər doktorluğu dissertasi­yası müdafiə olunmuşdur.

Alim Qreqor Mendel adına qızıl medala (1989), Avropa Akademi­ya­sının (1990), Almaniya Elmlər Akademiyasının (1999), Avropa Cəmiyyəti Federasi­ya­sının mükafatına, akademik V.A.Engelqardt adına qızıl medala (1999) layiq görülmüş, Leopoldin Akademiyasının vitse-prezidenti (1998), Gürcüstan EA-nın (2002) üzvü seçilmişdir. 2000-ci ildə Valensiya Fun­damental Tədqiqatlar Akademiyasının fəxri üzvü seçilmişdir. O, SSRİ EA-nın "Molekulyar Biologiya" jurnalının baş redaktoru olmuşdur (1986-1996). SSRİ Dövlət Mükafatı (1969), Qırmızı Əmək Bayrağı ordeni (1981), Şərəf Nişanı ordeni (1990) ilə, ölü­mün­dən sonra Fransa Respublikasının “Qızıl Palma Budağı” ordeni (2003) ilə təltif olunmuşdur.

Andrey Daryeviç Mirzəbəyov 13 iyul 2003-cü ildə vəfat etmişdir.