Tel. | (+994 12) 502 40 53 | |
Faks | ||
Elektron poçtu | naiba_m@mail.ru | |
Struktur bölmənin rəhbəri | Mehdiyeva Naibə Pirverdi qızı Biologiya elmləri doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri |
Böyük Qafqazın meşə ekosistemlərinin müasir səviyyədə qiymətləndirilməsi, bitki örtüyünün strukturunun öyrənilməsi, faydalı bitkilərin aşkar edilməsi, nadir və itmə təhlükəsində olan növlərin populyasiyalarının öyrənilməsi, GİS xəritələrin tərtibi, kompüter proqramlarının istifadəsi. Azərbaycanın bitki müxtəlifliyinin, xüsusilə təhlükə altında olan və faydalı növlərin mühafizəsi və davamlı istifadəsi üçün növlərin toxumlarının toplanılması, ex situ mühafizəsi, qısa- və uzun-müddətli saxlanılması və onların tədqiqi. |
|
Əsas elmi nəticələri |
Böyük Qafqazın meşə ekosistemlərinin flora konspekti tərtib edilmiş, α-, β-, γ- biomüxtəlifliyi qiymətləndirilməşi, əsas bitki vahidləri təyin olunmuş və onların sxem-xəritələri tərtib edilmişdir. Faydalı (dərman, qida, boyaq, dekorativ və s.) bitkilərin siyahısı tərtib edilmiş, bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasıyaları öyrənilmiş, təbiətdən götürülmüş və Mərkəzi Nəbatat Bağının eksperimental sahəsində nadir növlər üzərində fenoloji müşahidələr aparılmışdır. 364 bitki növünə aid 376 toxum kolleksiyası Azərbaycanın müxtəlif bölgələrindən toplanılmış və mühafizə edilməsi məqsədi ilə Toxum Bankında saxlanılır. Bunlardan, 301 növ faydalı və 54 növ nadir və təhlükə altında olan növlərdir. Alınan nəticələr “Azərbaycanın dərman bitkiləri” , “Azərbaycanın nadir bitkiləri” və “Toxum bankı” elektron məlumat bazalarına daxil edilmişdir. |