Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Dənli-taxıl və paxlalı bitkilər şöbəsi

Dənli-taxıl və paxlalı bitkilər şöbəsi
Tel. (+994 12) 5628625 (117)
Faks (+994 12) 4499221 
Elektron poçtu

xanbala.rustamov@yandex.com

khanbala.rustamov@genres.science.az

Struktur bölmənin rəhbəri Xanbala Rüstəmov Nəriman oğlu 

Biologiya üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı 27
Əsas fəaliyyət istiqamətləri  Şöbənin əsas fəaliyyət istiqaməti Azərbaycanda yayılmış dənli-taxıl və paxlalı bitkilərin genofondunun toplanılması, mübadilə, introduksiya və hibridləşdirmə yolu ilə genofondun zənginləşdirilməsi, nümunələrin kəmiyyət əlamətlərinə görə analizi, məhsuldar formaların seçilməsi və onlardan seleksiyada istifadə etməklə məhsuldar sort və formaların əldə edilməsidir. Digər bir istiqamət isə dənli taxıl və paxlalı bitkilərin biomorfoloji əlamətlər əsasında genetik müxtəlifliyinin tədqiqi və pasportlaşdırılaraq genbankda saxlanmasının təmin edilməsidir. Tarla şəraitində, həmçinin laboratoriyada bitkilərdə kəmiyyət əlamətlərinin irsən nəslə keçmə xüsusiyyətlərinin və nümunələrin biotik və abiotik stres amillərinə davamlılığının qiymətləndirilməsi və davamlılığın genetik xüsusiyyətlərini tədqiq edərək yeni sortların yaradılması üçün elmi bazanın hazırlanması da fəaliyyət istiqamətinə daxil edilmişdir. Bununla yanaşı, Azərbaycanda yaradılmış dənli-taxıl və paxlalı bitki sortlarının tarla genbankının yaradılması və onların hərtərəfli tədqiq edilərək daha məhsuldar va davamlı sortların yaradılması istiqamətində işləri gücləndirmək də şöbənin əsas vəzifələrindəndir. Gələcəkdə yeni istiqamət kimi, marker əsaslı seleksiyadan istifadə edərək seleksiya prosesində zamanın qısaldılmasına nail olunması və bu istiqamətin həyata keçirilməsi üçün metodikaların hazırlanması nəzərdə tutulmuşdur.
Əsas elmi nəticələri

Hibridləşdirmə, ekspedisiya və introduksiya yolu ilə 2600-ə yaxın dənli-taxıl, 700-dən artıq isə paxlalı bitkilər toplanmış, hərtərəfli tədqiq olunmuş və pasportlaşdırılaraq genbanka verilmişdir.

Hibridoloji analiz nəticəsində yumşaq buğdalara aid 350, bərk buğdalara aid 184 sabit nümunə seçilərək kolleksiyaya daxil edilmişdir.

Laboratoriya və tarla təcrübələrinin nəticələrinə əsasən öyrənilmiş 53 di- və tetraploid buğda nümunəsindən quraqlıq və duzluluq streslərinə yüksək davamlı 14 genotip aşkar edilmişdir.

Respublikamızın müxtəlif bölgələrindən T.dicoccum (Schrank) Schuebl., T.durum Desf., T.polonicum L., T.aestivum L., T.spelta L., T.compactum Host. növlərinə və növlərarası hibridlərə aid 1700-dən çox nümunə seçilərək Abşeron ETB, Əkinçilik ETİ Tərtər və Qobustan BTS-lərdə, suvarma və dəmyə şəraitlərində öyrənilmiş, ətraf mühitin stres faktorlarına davamlı genotiplər seçilmişdir. Aqrobioloji əlamətlərə görə fərqlənən sabit nümunələr Milli Genbanka təhvil verilmişdir. Toplanılmış nümunələrin əksəriyyəti Asiya növaltılarına mənsubdur. Onların arasında təsnifatda göstərilməyən növmüxtəlifliyi və formalara da rast gəlinir.

İlkin molekulyar-genetik tədqiqatlar kimi, buğda və mərcimək kolleksiyasında RAPD və SSR markerlərdən istifadə etməklə, genetik müxtəliflik və genetik oxşarlıq dərəcəsi tədqiq olunmuşdur. Öyrənilən buğda və mərcimək sortlarının genetik yaxınlıq dərəcəsi, həmçinin mərcimək kolleksiyasında yüksək genetik müxtəliflik dərəcəsinin (68%) olması təyin edilmişdir.

Şöbədə yüksək potensial və adaptiv məhsuldarlığa və dənin keyfiyyət göstəricilərinə görə seçilən, yüksək adaptivliyə malik genotiplərin öyrənilməsi nəticəsində yeni ‘Leyla’, ‘Start’, ‘Cənub’, ‘Almaz’, ‘Xəmsə’ ‘‘Oğuz’ və ‘Viləş s. yumşaq buğda, ‘Maya’, ‘Korifey 88’, ‘Alyans’ bərk buğda və ‘Fidan’ tritikale sortları yaradılmışdır. Son illərdə yeni ‘Start’, ‘Cənub’ yumşaq buğda, ‘Maya’ və ‘Korifey-88’ bərk buğda ‘Cəmil’ arpa sortu sortları Dövlət reestrinə daxil edilmişdir. Bundan başqa, dənli-paxlalı bitkilərdən mərciməyin yeni ‘Jasmin’, noxudun ‘Cəmilə’, əkin lərgəsinin ‘Zirvə’ və viqnanın’Ayla’ sortları da patenləşdirilərək rayonlaşdırılmışdır.