www.science.az
15.05.2019 11:21

İtaliya-Azərbaycan birgə elmi və texnoloji əməkdaşlıq üzrə layihə müsabiqəsi elan edilir

1 iyun 2002-ci ildə Bakıda imzalanmış və 6 sentyabr 2006-cı ildə qüvvəyə minmiş İtaliya və Azərbaycan arasında mədəniyyət, təhsil, elm və texnologiya üzrə əməkdaşlıq haqqında Saziş çərçivəsində 2020-2022-ci illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə ilk İcra Proqramı hazırlanır.

Bu məqsədlə İtaliya-Azərbaycan birgə elmi və texnoloji əməkdaşlıq üzrə "Tədqiqatçıların mübadiləsi" üçün layihə müsabiqəsi elan edilir.

Tədqiqatçıların mübadilə layihələri aşağıdakı prioritet tədqiqat sahələri üzrə təqdim edilməlidir:

- Yer elmləri;

- Tibb və biotibb;

- Fizika və astrofizika;

- Mədəni irsə tətbiq olunan texnologiyalar.

Layihə təklifləri 31 iyul 2019-cu il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir.

Tel.: (+994 12) 492 54 93

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.