Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu müsabiqə elan edir
18.03.2021 12:20
  • A-
  • A
  • A+

Birləşmiş Nüvə Tədqiqatları İnstitutu müsabiqə elan edir

Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru, akademik Q.V.Trubnikovun BNTİ-də Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, AMEA-nın Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimova ünvanladığı məktubda V.İ.Veksler və A.M.Baldin adına Yüksək enerjilər fizikası laboratoriyasının vakant direktoru vəzifəsini tutmaq üçün müsabiqə elan edildiyi bildirilib.

Bu barədə 18-19 fevral 2021-ci il tarixlərində keçirilmiş BNTİ-nin Elmi şurasının 129-cu sessiyasında qərar qəbul edilib.

V.İ.Veksler və A.M.Baldin adına Yüksək enerjilər fizikası laboratoriyasının direktoru vəzifəsinə seçkilər BNTİ-nin Elmi şurasının 24-25 fevral 2022-ci il tarixlərində baş tutacaq 131-ci sessiyasında keçiriləcək.

Müsabiqədə iştirak edəcək namizədlər haqqında təqdimatlar 24 dekabr 2021-ci il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: