Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.04.2024 15:21
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib.                                                                                                                                  

İclası giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə tədbirin gündəliyini səsə qoyub.

Gündəliyin təsdiqindən sonra akademik A.Əlizadə ilk məsələ - Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə hazırlıq haqqında geniş izahat verib. Akademiya sistemində 70 illik iş təcrübəsinə malik alim Milli Elmlər Akademiyasını böyük, nüfuzlu elm və mədəniyyət mərkəzi kimi yüksək dəyərləndirib. Bildirib ki, GGİ hazırda AMEA strukturunda fəaliyyət göstərməsə də, əlaqələr qırılmayıb, birgə iş prosesləri, faydalı nəticələr unudulmayıb və həmişə qiymətləndirilir. A.Əlizadə vurğulayıb ki, 80 illik yubileyi gələn ilin mart ayında planlaşdırılan tədbirləri GGİ-də reallaşdırmaq vacibdir. Ardınca GGİ-nin yubileyi qeyd edilməlidir və bu tədbirlərin  planını bütün alimlərimizin iştirakı ilə hazırlamaq zəruridir.

Akademik Akif Əlizadə yubiley tədbirlərinə aid öz təkliflərini səsləndirməklə yanaşı, hər bir GGİ əməkdaşının da yeni təklif və arzularıını dinləməyə hazır olduğunu diqqətə çatdırıb.

İclasın gündəliyinə uyğun olaraq ETİ-lərin yerinə yetirilməsinin gedişatı haqqında g.-m.e.d. Abdulvahab Muxtarovun “Böyük Qafqazın cənub-şərq qurtaracağının istilik sahəsinin fiziki-riyazi modelləri” və g.-m.e.ü.f.d. Rauf Kərimovun “Böyük Qafqazın cənub yamacının kolliziya maqmatizmi və onun filizliliyi” adlı məruzələri maraqla dinlənilib, suallara aydınlıq gətirilib və hesabatlar yekdilliklə qəbul olunub. 

Sonra Müsabiqə komissiyasının sədri akademik Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutunda ştatda vakant olan vəzifələri tutmaq üçün elan olunmuş müsabiqənin yekunları, akademik Akif Əlizadə isə institutda fəaliyyət göstərən Mütəxəssislər şurasının (Kollokviumun) tərkibi haqqında məlumat verib.

Elmi şuranın iclasında, həmçinin bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: