Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2025 14:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Coğrafiya İnstitutunda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının tərkib hissəsi: yaşayış keyfiyyəti və insan sağlamlığı” mövzusunda tədbir keçirilib.

İclasa sədrlik edən Təhsil şöbəsinin sədri c.ü.f.d. Müseyib Yunusov içtirakçıları günün mövzusu ilə tanış etdikdən sonra məruzə üçün sözü Tibbi coğrafiya şöbəsinin elmi işçiləri Turanə Hüseynova və Ayşən Məmmədovaya verib.

Tədbirin keçirilməsinin məqsədini açıqlayan çıxışçılar bildiriblər ki, 1998-ci ilin 18 iyununda Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmin olunması sahəsində ilk sistemli və strateji sənəd olan “İnsan Hüquqları üzrə Dövlət Proqramı” təsdiqlənmişdir. Proqramda həm qanunvericilik islahatları, həm də Ombudsman institutunun yaradılması nəzərdə tutulurdu. Bu səbəbdən 18 iyun ölkədə insan hüquqlarının qorunması sahəsində dövlət siyasətinin əsas mərhələsinin başlanğıcı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.

T.Hüseynova və A.Məmmədova məruzədə müasir cəmiyyətin inkişaf səviyyəsini və dövlətlərin vətəndaşlarına münasibətini göstərən əsas göstəricilərdən olan yaşayış keyfiyyəti və insan sağlamlığı haqqında danışan çıxışçılar İnsan hüquqlarının əsas kateqoriyaları: mülki, siyasi, sosial, iqtisadi hüquqlar, iqtisadi inkişaf, sosial bərabərlik, ətraf mühitin mühafizəsi, insan hüquqlarının bir hissəsi olan ekoloji hüquqlar və s. haqqında geniş məlumat veriblər.

M.Yunusov, elmi katib c.ü.f.d. dosent Səidə Zeynalova, Həmkarlar təşkilatının sədri Kamran Ramazanlı, şöbə müdiri c.ü.f.d. Solmaz Rzayeva çıxış edərək belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar, hər bir insanın öz hüquqlarını bilməsinin, müdafiəsinin və cəmiyyətdə insan hüquqlarının təşviqi məsələsinin vacibliyini diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: