Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2026 11:12
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Əlyazmalar Fondunun hesabat iclası keçirilib

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Əlyazmalar Fondunun hesabat iclası keçirilib

Noyabrın 26-da AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və bölmənin Əlyazmalar Fondunun 2026-cı il üçün elmi və təşkilati fəaliyyətinin hesabat iclası keçirilib.

İclası AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik ötən illə müqayisədə bu il əldə edilən göstəriciləri daha uğurlu hesab edib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov institutun illik hesabatını iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edib ki, hesabat dövründə bölmə əməkdaşları tərəfindən 1 prоblem üzrə 1 mövzunu əhatə edən 7 iş 20 mərhələdə yerinə yetirilib.

Vurğulanıb ki, il ərzində institut əməkdaşlarının 6 monoqrafiyası, 6 kitabı, 125 elmi məqaləsi, 117 konfrans materialı, 26 tezisi olmaqla, ümumilikdə 280 elmi əsəri çap olunub. Elmi əsərlərdən 75-i, o cümlədən, 1 monoqrafiya, 29 məqalə, 29 konfrans materialı və 18 tezis xaricdə nəşr edilib. Əsərlərin 15-i xaricdə olmaqla 98-i beynəlxalq kodlu nüfuzlu jurnallarda nəşr olunub. Məqalələrdən 23-ü beynəlxalq indeksli jurnallarda çap edilib. İnstitut əməkdaşlarının qəzet və saytlarda 159 məqаləsi işıq üzü görüb, elmi məqalələrə 152 istinad qeydə alınıb.

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək fond əməkdaşlarının 2026-cı ildə əldə etdikləri göstəricilərdən danışıb.

Bildirib ki, il ərzində fond əməkdaşları müxtəlif tədbirlərin iştirakçısı olub, media orqanlarında çıxışlar ediblər. Fondda 1 istiqamət, 1 problem və 1 mövzu üzrə 3 iş 4 mərhələdə yerinə yetirilib.

Vurğulanıb ki, 2026-cı il üçün Fond əməkdaşlarının 1 kitabı, 23 məqaləsi (21-i beynəlxalq kodlu), 6 respublika və 14 beynəlxalq səviyyəli konfrans materialı, ümumilikdə 38 elmi əsəri, 6 qəzet məqaləsi nəşr olunub.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev çıxış edərək, ümumilikdə il ərzində qazanılan nəticələri uğurlu, təqdim edilən hesabatları məqbul hesab ediblər.

İclasa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: