Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2025 14:12
  • A-
  • A
  • A+

Rusiya teatrlarında AMEA əməkdaşının əsərinə maraq daha da artır

Rusiya teatrlarında AMEA əməkdaşının əsərinə maraq daha da artır

Rusiya Federasiyasının Rostov-na-Donu şəhərində fəaliyyət göstərən “Qorlinka (Qumru quşu)” Uşaq Musiqili Teatrı azərbaycanlı yazıçı, AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasını təqdim edib.

Premyera mayın 27-də “Luç Solnsa” Canlı Pedaqogika Ailə Mərkəzində baş tutub.

Tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanan səhnə əsərinin quruluşçu rejissoru və musiqi rəhbəri İrina İjikovadır.

Diqqətəlayiq məqamdır ki, təkcə may ayı ərzində Rusiyanın müxtəlif şəhərlərində “Qarınqulu ayı balası” pyesi əsasında ayrı-ayrı teatrlarda hazırlanmış üç fərqli tamaşanın premyerası baş tutub. Bu fakt, əsərin artıq beynəlxalq səviyyədə tanındığını və sevilərək səhnələşdirildiyini göstərməklə yanaşı, eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının və mədəniyyətinin xarici ölkələrdə təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: