www.science.az
23.02.2015 00:00

AMEA Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər “Türkdilli əlyazmaların tədqiqi”, “Farsdilli əlyazmaların tədqiqi”, “Ərəbdilli əlyazmaların tədqiqi”, “Şəxsi arxivlərin tədqiqi”, “Kitabşünaslıq və biblioqrafiya”, “Multidistiplinar əlyazmalar və çap kitabları”, “Beynəlxalq əlaqələr”, “Əlyazmaların kataloqlaşdırılması”, “Elektron resurslar”, “Elmi fondlar”, “Əlyazmaların elmi ekspozisiyası və təqdimi”, “Kitabxana və elmi informasiya” şöbələrinə şöbə müdiri və “Əlyazmaların gigiyena və bərpası” laboratoriyasına laboratoriya müdiri vəzifələrinədir.

Müsabiqədə elmlər doktoru və fəlsəfə doktorları iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 26.

Telefon: (+994 12) 437 21 52

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.