Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.04.2024 15:42
  • A-
  • A
  • A+

Özbəkistan universitetlərində ustad dərsləri

Özbəkistan universitetlərində ustad dərsləri

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli bu günlərdə Özbəkistanda elmi ezamiyyətdə olub.

Professor öncə Özbəkistanın Fərqanə vilayətində yerləşən Fərqanə Dövlət Universitetində keçirilən Cədidlərə həsr olunmuş konfransda iştirak edərək “İsmayıl bəy Qaspıralı və Azərbaycanda cədidçilər hərəkatı” mövzusunda məruzə edib. Əvvəlcədən planlaşdırıldığına görə universitetin filologiya fakültəsinin 1, 2, 3 və 4-cü kurs tələbələrinə və magistrlərə müxtəlif mövzularda mühazirələr oxuyub. Onun oxuduğu “Türk dünyasında modernləşmə hərəkatı”, “Özbək cədidçiləri və Azərbaycan maarifçilərinin ortaq cəhətləri”, “İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik formulu yeni dönəmdə”, “Ədəbiyyat və repressiya; sovet mexanizminin ədəbiyyata nəzarət mexanizmlərinin gerçəklikləri” mühazirələri tələbələr və magistrlər tərəfindən maraqla qarşılanıb. Konfransda Türkiyədən və Özbəkistanın müxtəlif universitetlərindən alimlər iştirak edib.

Professor Bədirxan Əhmədli Özbəkistan Milli Universitetinin rektor yardımçısı Həmidulla Baltabayevin dəvətilə universitetin filologiya fakültəsində “Türkçülüyün üçlü formulu” mövzusunda mühazirə oxuyub. Mühazirədə universitetin müəllimləri də iştirak edib. Mühazirədən sonra mövzu ilə bağlı çoxlu suallar verilib. 

Professor Bədirxan Əhmədli hər iki universitetlə Türk dünyasının inteqrasiyası mövzusunda bundan sonra da yeni mühazirələrin oxunması ilə bağlı razılığa gəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: