AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanı təmin edilib.
Kitabxananın rəsmi internet saytında (mek.az) yerləşən "E-xidmətlər" bölməsi vasitəsilə istifadəçilər “Jurnallar” hissəsinə daxil olaraq Sinop Universitetinin nəşrləri ilə tanış ola bilərlər.
Qeyd olunan resurslar Türkiyənin DərgiPark elektron platformasında yerləşdirilmiş 10 elmi jurnaldan ibarətdir. Jurnallar müxtəlif elm sahələrini əhatə edir və tədqiqatçılar, tələbələr, eləcə də elmi ictimaiyyət üçün dəyərli mənbələrdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.