Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.08.2026 15:45
  • A-
  • A
  • A+

RSXM əməkdaşları Özbəkistanda Gənc Seysmoloqların məktəbində iştirak ediblər

RSXM əməkdaşları Özbəkistanda Gənc Seysmoloqların məktəbində iştirak ediblər

24-28 avqust 2026-cı il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının təşkilatçılığı ilə Gənc Seysmoloqların məktəbi çərçivəsində konfrans keçirilib.

Konfransda Azərbaycanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları - “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin elmi işçisi İlhamə Cəlilova, "Zəlzələlərin tədqiqatı bürosu"nun kiçik elmi işçisi Zümrüd İsmayılova, "Kompleks geokimyəvi tədqiqatlar" şöbəsinin kiçik elmi işçisi Simarə Məmmədzadə təmsil ediblər.

RSXM əməkdaşları konfransda “Abşeron yarımadasında mühəndisi-geoloji şəraitin seysmikliyə təsiri (Nizami və Xətai rayonları timsalında - İlhamə Cəlilova), “Azərbaycanın seysmikliyi və zəlzələlərin məkan-zaman üzrə paylanmasının xüsusiyyətləri” (Zümrüd İsmayılova), “Azərbaycanda geokimyəvi monitorinq nəticələri əsasında seysmik fəallıqla əlaqədar hidrogeokimyəvi anomaliyaların tədqiqi” (Simarə Məmmədzadə) mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda konfrans iştirakçıları təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: