Türkiyə Respublikasının Sinop şəhərində “XVIII Dünya Dili Türkcə Simpoziumu” keçirilib.
7 ölkədən 279 alimin qatıldığı bu beynəlxalq tədbirdə Azərbaycan Respublikasını AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent, Türk Dil Qurumunun müxbir üzvü Baba Məhərrəmli təmsil edib. Baba Məhərrəmli bu beynəlxalq simpoziumda 2 məruzə ilə çıxış edib: “Türk dillərində tək sait quruluşlu söz kökləri” və “Türk dillərində nostratik leksika”. Hər iki məruzə böyük maraqla qarşılanıb.
Baba Məhərrəmli, həmçinin Əlişir Nəvai salonundakı bölməyə rəhbərlik (oturum başkanlığı) edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.