Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında memorandumu imzalanıb
11.11.2026 11:57
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında memorandumu imzalanıb

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu rəsədxananın direktoru AMEA-nın müxbir üzvü, professor  Namiq Cəlilov və Xəzər Universitetinin rektoru, təhsil üzrə fəlsəfə doktoru  Raziyə İsayeva  imzalayıblar.

İmzalanma mərasimi Xəzər Universitetinin rəhbərliyi, əməkdaşları və beynəlxalq tələbələrinin rəsədxanaya səfəri çərçivəsində keçirilib. Səfərdə universitetin təsisçisi, akademik Hamlet İsaxanlı,  universitet rəhbərliyinin nümayəndələri, fakültə dekanları və əməkdaşlar iştirak ediblər.

Rəsədxanaya səfər zamanı qonaqlara müəssisənin fəaliyyəti və Azərbaycanın astronomiya sahəsində elmi nailiyyətləri haqqında məlumat verilib. Tələbələr ölkəmizin elmi irsinin mühüm mərkəzlərindən biri olan Şamaxı Astrofizika Rəsədxanasını yaxından tanımaq imkanı əldə ediblər.

Səfər çərçivəsində imzalanan memorandum iki qurum arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm addım olub. İmzalanma mərasimindən sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib və birgə xatirə fotosu çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: