Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.11.2026 21:10
  • A-
  • A
  • A+

Akademik İradə Hüseynova “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda beynəlxalq konfransa videomüraciət ünvanlayıb

Akademik İradə Hüseynova “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda beynəlxalq konfransa videomüraciət ünvanlayıb

Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq Konfrans keçirilib. Müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirən tədbir dağlıq ərazilərin ekoloji, sosial-iqtisadi və mədəni aspektlərinin kompleks şəkildə araşdırılmasına, biomüxtəlifliyin qorunmasına, iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsirinə və dayanıqlı inkişaf məsələlərinə həsr olunub.

Konfransda AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova videomüraciətlə çıxış edib.

Akademik İradə Hüseynova çıxışında dağ ekosistemlərinin planetin ekoloji tarazlığının qorunmasında, şirin su ehtiyatlarının təmin edilməsində, iqlim proseslərinin tənzimlənməsində və genetik ehtiyatların mühafizəsində mühüm rolunu vurğulayıb. Azərbaycanın dağlıq ərazilərinin zəngin bitki genetik ehtiyatlarına diqqət çəkən alim iqlim dəyişmələri və insan fəaliyyətinin bu sərvətlər üçün yaratdığı təhdidlərdən bəhs edib.

O, biomüxtəlifliyin qorunmasında ənənəvi biliklərin müasir elmi yanaşmalarla uzlaşdırılmasının və beynəlxalq elmi əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Akademik konfransın yeni tədqiqatların, birgə elmi layihələrin və konkret təşəbbüslərin başlanğıcına çevriləcəyinə əminliyini ifadə edərək iştirakçılara uğurlu müzakirələr və yeni elmi əməkdaşlıqlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: