Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2025 15:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat işlərinin fəaliyyət istiqamətləri müzakirə edilib

Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat işlərinin fəaliyyət istiqamətləri müzakirə edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat işlərinin gedişini qiymətləndirmək və gələcək fəaliyyət istiqamətlərini müzakirə etmək məqsədilə müşavirə keçirilib.

Tədbirdə institutun rəhbərliyi, aparıcı alimlər, elmi işçilər və struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü İ.Mustafayev gündəlikdə duran məsələlər barədə məlumat verib. O, iş vaxtının səmərəli istifadəsinin elmi fəaliyyətin effektivliyini artırmaq üçün vacib olduğunu vurğulayıb və əməkdaşların fərdi fəaliyyət planlarının təqvim üzrə yerinə yetirilməsini tövsiyə edib.

İ.Mustafayev beynəlxalq əməkdaşlığın institutun elmi potensialının gücləndirilməsində mühüm rol oynadığını qeyd edərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinin institutun inkişafına müsbət təsir göstərəcəyini bildirib. Eyni zamanda, institut haqqında broşüranın nəşr olunması, Elm və Təhsil Nazirliyinin planına daxil edilmiş “Hərbi konfliktlərin ətraf mühitə təsiri” beynəlxalq konfransın keçirilməsi, “Ətraf mühitdən istifadə və tullantıların idarə olunmasıının iqtisadi mexanizmləri” mövzusunda dəyrmi masaların təşkili, “Konstitutsiya və Suverenlik” ilinə həsr olunmuş şəhər seminarlarının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

İclas çərçivəsində iştirakçılar mövcud problemlərin həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda İ.Mustafayev institut əməkdaşlarını qarşıya qoyulan vəzifələrin icrasında yüksək nəticələr əldə etməyə çağırıb və hər bir əməkdaşın öz sahəsində uğurlu fəaliyyətinin institutun ümumi inkişafına töhfə verəcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: