Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.08.2026 10:56
  • A-
  • A
  • A+

Türk respublikalarının tarixi-mədəni irsinin mühafizəsi mövzusunda onlayn konfrans keçirilib

Türk respublikalarının tarixi-mədəni irsinin mühafizəsi mövzusunda onlayn konfrans keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı  və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun böyük elmi işçisi Aynur Həsənovanın moderatorluğu ilə "Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tarixi - mədəni abidələri və arxeoloji irsi: ortaq mədəni irsin qorunması və elmi əməkdaşlığın inkişaf perspektivləri" adlı onlayn elmi-praktik konfrans keçirilib.

Konfransın əsas məqsədi Azərbaycan, Qazaxıstan və Qırğızıstan xalqlarının əsrlər boyu formalaşmış zəngin tarixi - mədəni irsinin, arxeoloji abidələrinin və maddi - mədəniyyət nümunələrinin elmi əsaslarla öyrənilməsi, qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində qarşılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tarixi və mədəni irsi yalnız ayrı-ayrı xalqların milli sərvəti deyil, eyni zamanda geniş türk dünyasının ümumi tarixi-mədəni yaddaşının mühüm tərkib hissəsidir.

Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, Qırğızıstanın Özgən Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Abdırahmanov Sultanbek Arstanbekoviç, Qırğızıstanın Özgən Dövlət - Tarix Mədəniyyət Qoruğunun direktor müavini Anarbaev Almazbek Şadıkbekoviç, Qazaxıstan Respublikasının  "Həzrət Sultan" Milli Tarix - Mədəni Muzey - Qoruğunun Tarix - Mədəni İrs Abidələrinin  Mühafizəsi və Uçotu şöbəsinin inspektoru Səlxoçjayev Səlimxan Seytaxanoviç geniş və ətraflı şəkildə   məruzələrlə çıxış ediblər.

Konfransda səsləndirilən məruzələrin ümumi məzmunundan belə nəticəyə gəlmək olar ki, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın zəngin tarixi - mədəni və arxeoloji irsinin elmi əsaslarla tədqiqi, mühafizəsi, rəqəmsallaşdırllması, muzeylərdə təbliği və gələcək nəsillərə çatdırılması məsələlərinin aktuallığını bir daha nümayiş etdirmiş, eyni zamanda üç ölkə arasında arxeologiya, tarix, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahələrində qarşılıqlı elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün perspektivlər müəyyənləşdirilmişdir. Tədbirdə eyni zamanda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən  Qoruqların əməkdaşları da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: