Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.05.2025 14:20
  • A-
  • A
  • A+

Dosent Günel Məlikli beynəlxalq konfransda “Azərbaycan Respublikasının milli inkişafı və ekoloji psixologiya” mövzusunda çıxış edib

Dosent Günel Məlikli beynəlxalq konfransda “Azərbaycan Respublikasının milli inkişafı və ekoloji psixologiya” mövzusunda çıxış edib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Yaşıl Enerjiyə Dəstək İctimai Təşəbbüs Qrupu və Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi beynəlxalq multidissiplinar konfransda “Azərbaycan Respublikasının milli inkişafı və ekoloji psixologiya” mövzusunda çıxış edib.

Məruzəsində Günel Məlikli ətraf mühit psixologiyasının sosial elmdən daha çox təbiət elmləri hesab olunduğunu və bu yanaşmanın dünyanın davamlı inkişafı konsepsiyasının yaradılmasına yönəldiyini bildirib. Alim söyləyib ki, R.Barkerin nəzəriyyəsi daha çox ekoloji psixologiyaya aid edilir və Barker “Ekoloji psixologiya” əsərində insanın davranışının onun düşdüyü mühitdən asılı olduğunu bildirir. Müharibələr, kosmosun öyrənilməsi, təbiətə sənaye və nəqliyyat tullantılarının atılması, bir çox sahələrdə zəhərli kimyəvi maddələrin istifadəsi atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritminin pozulduğu aşkarlanır. Beynəlxalq forumlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və İDEA İctimai Birliyinin sədri Leyla Əliyeva ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edərək dünya ictimaiyyətinin bu cür problemlərin həllinə diqqətini cəlb edir.

“Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ölkəmizin ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti parlaq qələbəsidir. Heç şübhəsiz ki, ölkədə qazanılan bu və digər uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin müdrikliklə təkmilləşdirdiyi və yeni səviyyəyə yüksəltdiyi uğurlu inkişaf strategiyası dayanır”, - deyə G.Məlikli vurğulayıb.

Məruzəçi çıxışına görə təşkilatçılar tərəfindən sertifikatla mükafatlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: