AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli 2015-ci il may ayının 22-dən 25-dək Ukraynanın paytaxtı Kiyev şəhərində elmi ezamiyyətdə olacaq. Məqsəd “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının I konfransında iştirak etməkdir.
Tədbir Azərbaycanın Ukrayna Respublikasındakı səfirliyinin dəstəyi ilə “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatı tərəfindən təşkil olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir