Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya və Geofizika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
17.04.2024 15:45
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu 2024-cü il üçün aşağıdakı ixtisaslar üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura (fəlsəfə doktoru proqramı üzrə)

2506.01 – “Geologiya” – 1 yer (əyani)

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 1 yer (əyani)

2512.01 – “Ümumi və regional geologiya” – 1 yer (əyani)

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani)

 Dissertantura (elmlər doktoru proqramı üzrə)

2508.01 Geoekologiya” – 1 yer

Doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Sənədlərin təqdim edilmə müddəti: 2024- il aprel ayının 16-dan may ayının 15-dək.

Telefon: (+994 12) 510 01 41 (143),  (+994 50) 783 73 28

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: