Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.04.2024 10:43
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq forumda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, institutun 11 saylı Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova və institutun 10 saylı Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçısı Selcan Hacıyeva Özbəkistanın Səmərqənd vilayətində keçirilən “The third international forum “PHYSICS – 2024” adlı beynəlxalq forumda iştirak ediblər.

30 ölkədən olan 200 iştirakçının qatıldığı beynəlxalq forumun təşkilat komitəsinin üzvü professor İslam Mustafayev tədbirdə “Prospects of Using Nuclear Energy in Low-Carbon Petrochemical Processes” mövzusunda geniş təqdimatlarla çıxış edib, iştirakçılara Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İ.Mustafayev həm də beynəlxalq forumun elmi sesiyalarının birinə moderatorluq edib.

Tədbirdə institutun 11 saylı Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova “Kinetics of Radiation-Heterogeneous Processes of Water in the Presence of n-ZrO2 and n-TiO2 Nanoparticles” və institutun 10 saylı Ətraf mühitin radiasiya kimyası laboratoriyasının kiçik elmi işçisi Selcan Hacıyeva “Effect of Gamma Radiation on Surface Morphology of GaSe Layered Monocrystal” mövzularında məruzələr ediblər.

Qeyd edək ki, beynəlxalq forum çərçivəsində digər ölkələrdən olan alimlərlə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib, həmçinin mövcud tədqiqatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: