Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.04.2024 16:12
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  (ŞAR) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasda ŞAR-ın 65 illik yubileyi münasibətilə keçiriləcək beynəlxalq konfransa (Alive Universe - from Planets to Galaxies) hazırlıq işləri barədə müzakirə aparılıb. Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov təşkilati işlərin hazırkı vəziyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, xarici ölkələrdən konfransa maraq çox böyükdür. Çıxışın yekununda aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsi üçün konfransın yerli təşkilat komitəsinə yeni göstərişlər verilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq xarici ezamiyyətdən qayıdan əməkdaşların hesabat çıxışları dinlənilib. Hər bir hesabat çıxışının ardınca çıxışçılar tərəfindən şura üzvlərinin sualları cavablandırılıb və hesabatlar qəbul olunub.

Daha sonra ŞAR-ın rəsmi veb-saytının fəaliyyətinin daha səmərəli təşkili məsələləri müzakirə edilib. Operativliyi təmin etmək üçün bir sıra təkliflər səsləndirilib və qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: