Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şəkidə demoqrafik inkişaf məsələləri müzakirə olunacaq
11.08.2016 11:01
  • A-
  • A
  • A+

Şəkidə demoqrafik inkişaf məsələləri müzakirə olunacaq

Sentyabrın 12-13-də Şəki şəhərində AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Şəki Rayon İcra Hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda konfrans keçiriləcək.

Konfransın işi “Azərbaycanın demoqrafik inkişaf problemləri və demoqrafik siyasət”, ”Əhalinin milli-etnik tərkibinin formalaşması”, “Multikulturalizm və tolerantlıq: müasir vəziyyət və inkişafın prioritet istiqamətləri”, “Məskunlaşmanın iqtisadi və sosial bazasının səmərəli ərazi təşkili, şəhər və kənd məskunlaşmasının davamlı inkişafının təmin edilməsi”, “Əhalinin məşğulluq probleminin həlli yolları və məşğulluq siyasəti” bölmələri üzrə təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrin tezislərini 15 avqust 2016-cı il tarixinədək Təşkilat Komitəsinə göndərə bilərlər.

Əlaqə nömrəsi: (+994 12) 539 33 61 

E-mail: xalidahasanova@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: