Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Nazik qabarcıqlı pərdə suyu duzdan təmizləməyə kömək edəcək
25.08.2016 09:45
  • A-
  • A
  • A+

Nazik qabarcıqlı pərdə suyu duzdan təmizləməyə kömək edəcək

Massaçusets Texnologiya Universitetinin professoru Qan Çen və onun tələbəsi Corc Ni Günəş distillatorunun təkmilləşdirilməsi ilə məşğuldurlar. Məlumdur ki, əsrlər boyu insanlar suyun təmizlənməsi üçün müxtəlif qurğulardan istifadə ediblər. Bu cür qurğulara qara dibli şüşə qabı aid etmək olar. Günəş şüaları altında qabın içindəki su buxarlanaraq kondensasiya olunur. Nəticədə kondensasiya olunmuş buxar təmiz su şəklində ayrı boru vasitəsiylə digər qaba süzülür.

Təbii yolla bu proses çox gec həyata keçdiyindən onu Günəş istiliyini artıra bilən optik linzalardan istifadə edərək sürətləndiriblər. Alimlər linzalar maddi baxımdan sərfəli olmadığı üçün onları karbon köpüyündə üzən incə qrafit qatı, daha sonra isə mavi metalkeramiklə əvəz ediblər. Lakin aparılan təcrübələr uğursuz nəticə verib.

Aparılmış müşahidələr zamanı Qan Çen incə əşyaların qablaşdırılması üçün nəzərdə tutulmuş nazik plastik qabarcıqlı pərdənin yüksək keyfiyyətli istilik izolyatoru olduğunu aşkarlayıb. Bununla da, təmizləyici cihazın üzərini sözügedən material ilə örtərək alimlər ənənəvi vasitədən 20 dəfə daha sərfəli olan texnologiyanın köməyi ilə suyu təmizləməyə nail olublar.

www.mir24.tv

  • Paylaş: