Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların imtahan sessiyası uğurla davam etdirilir
30.01.2017 09:51
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların imtahan sessiyası uğurla davam etdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 2016/2017-ci tədris ili üçün “Molekulyar biologiya” ixtisası üzrə 2 nəfər, yeni təsis edilmiş “Biotexnologiya” ixtisası üzrə 2 nəfər yüksək bal toplamış tələbələr qəbul olunub.

Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda birinci və ikinci kurslar üzrə ümumilikdə 8 magistrant təhsil alır. İnstitutda 2016-2017-ci tədris ili üçün qış imtahan sessiyası uğurla davam edir. “Biotexnologiya” və “Molekulyar biologiya” ixtisasları üzrə birinci kurs magistrantlar artıq 5 ixtisas fənni, ikinci kurs magistrantlar isə 6 ixtisas fənni üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin rəis müavini Ramin Həsənov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistratura pilləsində təhsil alan magistrantların bilik səviyyəsinin yoxlanılması məqsədilə təşkil olunmuş imtahanın gedişatı ilə yaxından tanış olublar. Onlar imtahanın yüksək səviyyədə təşkil olunduğunu, tam şəffaflığın təmin edildiyini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: