Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur
06.03.2017 09:42
  • A-
  • A
  • A+

“Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur

6 mart 2017-ci il tarixdə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, “Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur.

Müsabiqə aşağıdakı elmi prioritetləri nəzərdə tutur:

  1. Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığının təmin olunması və möhkəmləndirilməsi.
  2. Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi.
  3. Energetik komplekslərin effektivliyinin artırılması, enerji mənbələrinin bərpa olunması, palçıq vulkanı-torpaq sürüşməsi riskinin, zəlzələ fəlakətinin qarşısının qabaqcadan alınması və səviyyəsinin azaldılması məqsədilə seysmik təhlükənin qiymətləndirilməsi modelləri, enerji təhlükəsizliyi (təbii və texnoloji risklər).

 Daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: