www.science.az
28.11.2017 11:52

AMEA-nın Gəncə Bölməsi Mikrobiologiya İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Gəncə  Bölməsi ilə Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Mikrobiologiya  İnstitutunun direktoru, akademik Məmməd Salmanov imzalayıblar.

Beş il müddətinə nəzərdə tutulan müqaviləyə əsasən tərəflər birgə elmi-tədqiqat işləri, akademik araşdırma və informasiya mübadilələri aparacaq, gənc elmi kadrlar hazırlayacaq, monoqrafiya, elmi əsər və məqalələr nəşr etdirəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.