Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Nasimi Passion” əsərinin Amsterdamda olan premyerasının videokonsertinə baxış keçiriləcək
09.01.2018 14:20
  • A-
  • A
  • A+

“Nasimi Passion” əsərinin Amsterdamda olan premyerasının videokonsertinə baxış keçiriləcək

Yanvar ayının 17-də saat 15:00-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda ABİ-nin sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin Hollandiyada ifa olunmuş videokonsertinə baxış keçiriləcək.

Qeyd edək ki, Hollandiyanın “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə premyerası olan bu möhtəşəm əsər bütün Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub. 35 dəqiqəlik musiqi əsərində ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. 

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 55.

Telefon: (+994 12) 498 05 53; (+994 55) 846 77 38 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: