www.science.az
11.05.2018 09:33

“Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda konfrans keçiriləcək

12-14 may tarixlərində Bakıda “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən alimlərin iştirak edəcəyi tədbirin təşkilatçıları AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsidir.

Konfransın keçirilməsində əsas məqsəd Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yollarının araşdırılması, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsidir.

Ünvan: Bakı şəh., Kövkəb Səfərəliyeva küçəsi 5 (Holiday Inn hoteli).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.