Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.05.2024 15:42
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı beynəlxalq konfransda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir qrup əməkdaşı (AMEA-nın müxbir üzvü M.Babanlı, k.e.d., prof. - İ.Bəxtiyarlı, E. İsmayılov, A. Məmmədov, A.Əliyev, İ.Əliyev, k.ü.f.d. L.Həsənova, L.Məşədiyeva, Ü.Məmmədova, S.Məmmədova, A.Rüstəmova, S.Osmanova,V.Məcidzadə, B.İsmayılova, doktorantlar V.Əhmədov, G.Nəhmətova, S.Süleymanova və S.Xəlilova Gəncə Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfrans müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr olunmuş və mövzu ilə bağlı 7 ölkədən 700-dən artıq konfrans materialı 5 cildlik topluda nəşr edilmişdir. Konfransın işi 16 bölmə iclası ilə davam etdirilmişdir. AMEA-nın müxbir üzvü M.Babanlı “Qeyri-üzvi kimya” ixtisası üzrə bölmənin sədri, k.ü.f.d., dos. L.Məşədiyeva isə katibi olmuşdur.

Konfransın bölmə iclaslarında institutun əməkdaşları - A.Rüstəmova “Thermal decomposition of binuclear cyclopentadienyl iron complexes adsorbed on boehmite based on TG/DTG/DTA, XRD, FTIR and EMR data” (Bemit üzərinə adsorbsiya olunmuş ikinüvəli dəmir tsiklopentadienil komplekslerinin termiki parçalanmasının TG/DTG/DTA, XRD, FTIR VƏ EMR məlumatlari əsasında tədqiqi), L.Həsənova “Hidrogen sulfidin hidrogen peroksidlə elementar kükürdə oksidləşməsi”, S.Osmanova “Effect of the complexing agent on the structure and magnetic properties of the MnOx-Na2WO4/SiO2 catalyst for the reaction of oxidative coupling of methane” (Metanın oksidləşdirici birləşmə reaksiyasında kompleksəmələgətirici reagentin MnOx-Na2WO4/SiO2 katalizatorunun quruluşuna və maqnit xassələrinə təsiri), G.Nəhmətova “Metanın yaşıl oksidləşdirici-hidrogen peroksid ilə biomimetik katalizator penta-FTPhPFe3+OH/Al2O3 üzərində monooksidləşməsi”, S.Süleymanova “Direct liquid phase hydroxylation of phenol to dihydroxybenzenes with hydrogen peroxide in the presence of iron-containing mordenite particles” (Tərkibində dəmir olan mordenit hissəciklərinin iştirakı ilə maye fazada fenolun hidrogen peroksidlə dihidroksibenzollara birbaşa hidroksilləşməsi), V.Məcidzadə “Электроосаждение тонких полупроводниковых пленок халькогенидов (S, Se) металлов” (Metal xalkogenidlərin (S, Se) nazik yarımkeçirici təbəqələrinin elektroçökdürülməsi), S.Xəlilova “Structural peculiarities and magnetic properties of iron/polypropilene composites” (Dəmir/polipropilen kompozitlərin quruluş xüsusiyyətləri və maqnit xassələri) mövzularda maraqlı məruzələrlə çıxış edib mövzu ilə bağlı verilən sualları cavablandırıblar.

Sonda çıxış edənlərə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: