Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib
07.06.2018 11:33
  • A-
  • A
  • A+

Türk dilində yazılmış ilk “İsgəndərnamə” Azərbaycana gətirilib

AMEA Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından osmanlı şairi Tacəddin İbrahim Əhmədinin “İsgəndərnamə” poemasının surətini əldə edib. Səkkiz min  beytdən artıq həcmdə olan bu əsər türkcə ilk “İsgəndərnamə”dir.

Qeyd edək ki, Əhmədi osmalı ədəbiyyatında Nizami ədəbi məktəbinin ən görkəmli nümayəndələrindəndir. Şair bu əsəri 1390-cı ildə I Sultan Bəyazidin oğlu Əmir Süleymana təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: