Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.04.2024 16:26
  • A-
  • A
  • A+

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbdə “Valideyn-məktəb-şagird üçbucağı” layihəsi çərçivəsində tanınmış uşaq yazıçısı və dramaturqu Vüqar Haqverdiyevlə görüş keçirilib.

Görüşdə məktəbin 1 a sinfinin rəhbəri Könül Həsənova uşaqlara yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verib. Sonra yazıçı ilə şagirdlər arasında nağıl, uşaq tamaşaları və cizgi filmləri haqqında maraqlı söhbətlər aparılıb.

Tədbirin bədii hissəsində uşaqlar müəllifin eyniadlı pyesi əsasında Bakı Uşaq və Gənclər Teatrında səhnələşdirilmiş “Qarınqulu ayı balası” tamaşasından maraqlı videogörüntüləri izləyiblər.

Daha sonra məktəbin direktoru Ruslan Ağamalıyev görüşün əhəmiyyətindən danışıb və yazıçıya məktəbin adından təşəkkürnamə təqdim edib.

Sonda müəllif “Saçları səməni oğlan” adlı kitabını uşaqlara hədiyyə edib.

AzərTac

  • Paylaş: