Rusiyanın paytaxtı Moskva şəhərinin Nekrasov r. Gənc Tamaşaçılar Teatrı azərbaycanlı yazıçı, AMEA-nın “Elm” nəşriyyatının direktor müavini Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın premyerasını təqdim edib.
Premyera mayın 26-da Moskvanın Cənub-Şərqi İnzibati Dairəsinin Mədəniyyət Mərkəzləri Assosiasiyasının 117 saylı kitabxanasında baş tutub. Səhnə əsərinin quruluşçu rejissoru, teatrın rəhbəri, "Tuarminsky Film Company" kinoşirkətinin təsisçisi Aleksandr Tuarminskidir.
Tamaşa kitabxana ziyarətçiləri tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Qarınqulu ayı balası” pyesi ona yaxın xarici ölkə teatrında, o cümlədən Gürcüstan və Rusiya teatrlarında səhnəyə qoyulub və tamaşaçılara təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.