Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

27.05.2025 12:25
  • A-
  • A
  • A+

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Nizami muzeyini ziyarət ediblər

Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Nizami muzeyini ziyarət ediblər

Rusiyanın Azərbaycandakı Səfirliyinin birinci müavini Pyotr Voloçkovıx və birinci katib Pavel Kuznetsov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

Qonaqları muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib. Nizami muzeyinin yaranma tarixindən söz açan Nailə Əliyeva 1940-cı ildə binanın qarşısında görkəmli ədiblərin xatirəsinə  ucaldılmış heykəllər haqqında da məlumat verib.

Sonra muzeyin foyesində sərgilənən rus şairi Mixail Lermontovun barelyefi və Azərbaycan dili haqqında düşüncələri ilə qarşılaşan nümayəndə heyətinə Mixail Lermontovun Qafqaza etdiyi səfərlərdən, poeziyasında əks olunan Şərq motivlərindən və azərbaycanlıların milli xüsusiyyətlərinə pərəstişindən bəhs edilib. Həmçinin qonaqlar İkinci Dünya müharibəsində kəşfiyyat-təxribat qrupunun rəhbəri olmuş, Sovet İttifaqı Qəhrəmanı həmyerlimiz Mehdi Hüseynzadəyə həsr edilmiş ekspozisiya ilə tanış olublar. 

Sonda Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri düşüncələrini muzeyin rəylər və təəssüratlar kitabında bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: