Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
13.06.2018 15:37
  • A-
  • A
  • A+

"Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

İyunun 20-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan "Azərbaycan incəsənətində Xalq Cümhuriyyətinin tarixi və şəxsiyyətləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Memarlıq və İncəsənət İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə Ü.Hacıbəyli və M.Maqomayevin "Azərbaycan türk el nəğmələri" (1927) nəşri əsasında "Fortepiano işləmələri" (1928) əlyazma toplusunun təqdimatı da olacaq. 

Konfransda "Azərbaycan Respublikasının dövlət rəmzləri şəbəkə sənətində", "Müasir bədii sənətkarlıq Özbəkistan milli mədəniyyətinin əsası kimi", "Azərbaycan Xalq Cümhuriyyətinin teatr siyasəti", "Cümhuriyyətin baş memarı Zivərbəy Əhmədbəyov", "Təsviri sənətdə Cümhuriyyət" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı ş., H.Cavid pr.129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: