Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Memarlıq və İncəsənət İnstitutu

Memarlıq və İncəsənət İnstitutu

 

Veb-sayt www.mii.az  
Ünvan AZ1073,  Bakı ş., H.Cavid pr., 115
Tel. (+994 12) 5393494
Faks (+994 12) 5393494 
Elektron poçtu mii_inter@yahoo.com 
Baş direktor

AMEA-nın müxbir üzvü Salamzadə Ərtegin Əbdül Vahab oğlu

Xidməti. tel.: (+994 12) 5393494

Mobil tel.: (+994 50) 5331965

Faks: (+994 12) 5393494

E-poçt: ertegin@baku.ab.az

Direktor müavinləri

Elmi işlər üzrə

Zeynalov Xəzər Arif oğlu

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5393502

Mobil tel.: (+994 50) 5717841

Faks: (+994 12) 5393494

khazar.zeynalov@yandex.ru

Ümumi işlər üzrə 

Abbasov Namiq Ələkbər oğlu

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent 

Xidməti tel.: (+994 12) 5393521

Mobil tel.: (+994 70) 8380998; (+994 50) 6160582 

E-poçt: namiq_abbasov_70@mail.ru

Elmi katib

Kərimli Vüqar Qaracan oğlu

Kulturologiya üzrə fəlsəfə doktoru

Xidməti tel.: (+994 12) 5393539

Mobil tel.: (+994 50) 2911225

Faks: (+994 12) 5393494

yanshag@gmail.ru

Yaranma tarixi  İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Əsas fəaliyyət istiqamətləri Qədim dövrdən müasir dövrə kimi Azərbaycan memarlıq və incəsənətinin tarixi, nəzəri və metodoloji problemlərinin tədqiqi, milli sənətin dünya xalqlarının bədii mədəniyyətləri ilə əlaqələrinin araşdırılması.
Əsas elmi nəticələr AMEA Memarlıq və İncəsənət İnstitutu özünün 70 ilə yaxın inkişaf tarixində bütün elmi potensialını Azərbaycan xalqının sənəti və estetik dünyagörüşünün tam mənzərəsinin yaradılmasına yönəltməyə çalışmışdır. Bu işin icra olunmasının birinci mərhələsində Mİİ-nin kollektivi tərəfindən «Azərbaycan memarlıq tarixi» (Moskva, 1963), «Qafqaz Albaniyası incəsənəti (e.ə. IV – VII əsrlər)» (B., 1976), «Azərbaycan incəsənəti» (B., 1977), «Azərbaycan dram teatrının tarixi» (B., 1959), «Azərbaycan miniatürləri» (B., 1980), «XIX – XX əsrin əvvəli Azərbaycan şəhərsalma və memarlığı» (Leninqrad, 1986), «Azərbaycan incəsənəti» (B., 1992), «Azərbaycan musiqi elmi» (B., 1997) və diqər əsaslı elmi əsərlər hazırlanıb dərc etdirilmişdir. Sözügedən nailiyyətlər akademik Üzeyir Hacıbəyli, akademik Mikayıl Hüseynov, akademik Əbdülvahab Salamzadə, müxbir üzv Cəfər Cəfərov, müxbir üzv Kərim Kərimov və bir sıra tanınmış sənətşünas alimlərin adları ilə bağlıdır.

Azərbaycan memarlıq və sənətşünaslıq elminin yeni fəaliyyət mərhələsi müstəqillik illərində başlamışdır. Son iyirmi ildə institutun kollektivi bir tərəfdən Azərbaycan incəsənətinin bütün növ və janrlarının tarixinin yaradılması, digər tərəfdən isə Azərbaycan incəsənətinin nəzəri və metodoloji problemlərin araşdırılması üzərində çalışmışdır. Bu dövrdə yekün xarakteri daşıyan əsaslı əsərlər işıq üzü görmüşdür. Onların sırasında ak. R.Əfəndiyevin «Azərbaycan incəsənəti» (B., 2001) və «Azərbaycan incəsənəti dünya muzeylərində» (B., 2009), m.ü. Z.Səfərovanın «Azərbaycan musiqi tarixi» (B., 2012), m.ü. İ.Kərimovun «Azərbaycan teatr tarixi» (B., 2 cilddə, 2008, 2010), m.ü. Ş.Fətullayevin «Bakı memarlıq ensiklopediyası» (B., 2013), prof. Ə.Salamzadənin «Azərbaycan sənətşünaslığı. XX əsr» (B., 2001) və digər dəyərli tədqiqatları geyd etmək lazımdır.

Müstəqillik illərində institutun beynəlxalq fəaliyyətidə güclənmişdir. Son iyirmi ildə burada  «Yaxın və Orta Şərq memarlığı və incəsənəti» (1992), «Böyuk İpək yolu: Avrasiya mədəniyyətləri dialoqu» (2002),  «Azərbaycan xalçası və xalq tətbiqi sənəti» (2003), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Avrasiya informasiya mədəniyyəti» (2009), «Fəlsəfə və sənətşünaslıq: fənnlərarası qarşılıqlı əlaqələrinin metodologiyası» (2010), «Tarixi-mədəni irsin qorunması və təbliği problemləri» (2010), «Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası» (2012) mövzularında beynəlxalq elmi konfranslar keçirilmişdir. Eyni zamanda İnstitutun əməkdaşları Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Moldova, Polşa, İtaliya, Macarıstan, İspaniya, Fransa, Böyuk Britaniya, İsveçrə, Tunis, İordaniya və İranda keçirilən elmi və yaradıcılıq forumlarında  iştirak etmişlər.

Son illərdə beynəlxalq fəaliyyət çərçivəsində aparılan mühüm istiqamətlərdən biri YUNESKO xətti ilə görülən işlərdir. 2000-ci ildən etibarən institutun əməkdaşlarının bilavasitə iştirakı ilə Azərbaycanın bir sıra tarix və mədəniyyət abidələri YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir. Bu siyahıda ilk Azərbaycan abidəsi İçəri Şəhər tarixi-memarlıq qoruğu olmuşdur. Sonra isə Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan qeyri-maddi irsinin Reprezentativ siyahıya təqdim olunması prosesi başlamışdır. Beləliklə, 2000-2012-ci illərdə sözügedən siyahıya muğam, tar, aşıq və xalça sənətləri daxil edilmiş, hal-hazırda isə şəbəkə sənətinin  Reprezentativ siyahıya təqdim olunması üzrə hazırlıq işləri görülür.

2010-2014-cü illərdə institutun əməkdaşlarının fəaliyyəti nəticəsində artıq türkoloji sənətşünaslıq adı ilə tanınan yeni elmi istiqamət formalaşmışdır. Bu dövrdə «Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər» I-ci (2010), II-ci (2011) və III-cü (2013) Beynəlxalq elmi konfransları keçirilmiş, «Türk mədəniyyətinin rəmzləri» (Daşkənd, 2011), «Tenqri və damğa: türk dünyasının varisləri» (B., 2010), «Türk incəsənəti tarixinin dövrləşməsinin metodoloji problemləri» (Astana, 2014) innovativ xarakter daşıyan müştərək elmi tədqiqatlar nəşr olunmuşdur. Eyni zamanda İnstitutun Özbəkistan Rəssamlıq Akademiyası (Daşkənd), T.Jurqenov ad. Qazaxıstan Milli İncəsənət Akademiyası (Almatı) və İstanbul Kültür Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilələri bağlanmış, Beynəlxalq Türk Akademiyası (Astana) ilə elmi əlaqələr genişlənmişdir. 
İşçilərinin ümumi sayı 121
Struktur bölmələri Teatr, kino və televiziya şöbəsi
Azərbaycan musiqi tarixi və nəzəriyyəsi
İncəsənətin qarşılıqlı əlaqələri
Memarliq abidələrinin qorunması və bərpası problemləri
Şəhərsalma şöbəsi
Muğamşünaslıq
Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsi
Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsi
Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsi
Musiqi folkloru şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Elektron xidmətlər şöbəsi

Elmi şura

-       sədr

-       sədr müavini

-       katib

-       üzvləri

 

Salamzadə Ərtegin

Zeynalov Xəzər

Kərimli Vüqar

Səfərova Zemfira 

Məmmədova Rəna

Əmənzadə Rayihə 

Abdullayeva Rəna

Fərhadova Sevil

Köçərli İradə

Əliyeva Rahibə

Qafarov Vidadi

Əlilicanzadə Qorxmaz 

Sadıqova Aidə

Əliyeva Pərvanə 

Mollazadə Fərhad

Əliyeva Lamiyə

Gənc alimlər və mütəxəssislər şurası

-       sədr

-      sədr müavini

-       katib

-       üzvləri

 

Əhmədov Əlləz Səlimxan oğlu

Rzayeva Fidan Vasif qızı

Rüstəmli Ləman Sahib qızı

Babaşov Rəşad Rizvan oğlu

Quliyeva Sitarə Şücaət qızı

Məmmədova Oksana Ələkbər qızı

Ələkbərova Aynur Yusif qızı

Soltanova Nigar Qərib qızı

Hüseynov Sadiq Natiq oğlu

Qəhrəmanlı Elxan Əhməd oğlu

Məmmədova Əminə Miryusif qızı

Məmmədov Eşqin Nuru oğlu

Əliyeva Vəfa Cəsarət qızı

Məmmədova Lalə Eldar qızı

Qafarlı Səmərə Vidadi qızı

Ramazanova Nigar Rəhim qızı

Aslanxanova Salina Raviddinovna

Musayeva Zülfiyyə Ağəli qızı

Mərdanlı Pərviz Mərdan oğlu

Abdullayeva Aysel Rəşid qızı

Əlizadə Rüxsarə Eldar qızı

Quliyeva Arzu Mehman qızı

Abbasov Samiq Namiq oğlu

Həsənova Şəfa Nizami qızı

Həsənzadə Leyla Ələkbər qızı

Dissertasiya şurası

-       sədr

-       sədr müavini

-       elmi katib

-       üzvləri

 

Salamzadə Ərtegin Əbdülvahab oğlu

Məmmədova Rəna Azər qızı 

Zeynalov Xəzər Atif oğlu

Abdullayeva Rəna Həbib qızı 

Əliyev Elşad Vüqar oğlu

Əliyeva Kübra Muxtar qızı

Kərimli Vüqar Qaracan oğlu

Abbasov Namiq Əkbər oğlu

Abdullayev Çingiz Əli oğlu

Mirzəzadə Sirus Yədulla oğlu

Əliyeva Pərvanə Əli qızı

Hüseynov Arif Şahbaz oğlu

Hüseynov İlqar Həsrət oğlu

Kazımi Gülçin Əlabbas qızı

Qalimjanova Asiya Saidovna

Həmkarlar təşkilatı

-         sədr

-         sədr müavini

-         büro üzvləri

 

Əliyeva Lamiyə Fərhad qızı

Kərimli Vüqar Qaracan oğlu

Əliyeva Pərvanə Əli qızı

Əlilicanzadə Qorxmaz Məmməd oğlu

Zeynalov Nəsib Abbas oğlu

Əhmədov Əlləz Səlimxan oğlu

Elmlər doktorları
Fəlsəfə doktorları