Veb-sayt | www.mii.az | |
Ünvan | AZ1073, Bakı ş., H.Cavid pr., 115 | |
Tel. | (+994 12) 5393494 | |
Faks | (+994 12) 5393494 | |
Elektron poçtu | mii_inter@yahoo.com | |
Baş direktor |
AMEA-nın müxbir üzvü Salamzadə Ərtegin Əbdül Vahab oğlu Xidməti. tel.: (+994 12) 5393494 Mobil tel.: (+994 50) 5331965 Faks: (+994 12) 5393494 E-poçt: ertegin@baku.ab.az |
|
Direktor müavinləri |
Elmi işlər üzrə Zeynalov Xəzər Arif oğlu Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5393502 Mobil tel.: (+994 50) 5717841 Faks: (+994 12) 5393494 Ümumi işlər üzrə Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xidməti tel.: (+994 12) 5393521 Mobil tel.: (+994 70) 8380998; (+994 50) 6160582 E-poçt: namiq_abbasov_70@mail.ru |
|
Elmi katib |
Kulturologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5393539 Mobil tel.: (+994 50) 2911225 Faks: (+994 12) 5393494 |
|
Yaranma tarixi | İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib. | |
Əsas fəaliyyət istiqamətləri | Qədim dövrdən müasir dövrə kimi Azərbaycan memarlıq və incəsənətinin tarixi, nəzəri və metodoloji problemlərinin tədqiqi, milli sənətin dünya xalqlarının bədii mədəniyyətləri ilə əlaqələrinin araşdırılması. | |
Əsas elmi nəticələr | AMEA Memarlıq və İncəsənət İnstitutu özünün 70 ilə yaxın inkişaf tarixində bütün elmi potensialını Azərbaycan xalqının sənəti və estetik dünyagörüşünün tam mənzərəsinin yaradılmasına yönəltməyə çalışmışdır. Bu işin icra olunmasının birinci mərhələsində Mİİ-nin kollektivi tərəfindən «Azərbaycan memarlıq tarixi» (Moskva, 1963), «Qafqaz Albaniyası incəsənəti (e.ə. IV – VII əsrlər)» (B., 1976), «Azərbaycan incəsənəti» (B., 1977), «Azərbaycan dram teatrının tarixi» (B., 1959), «Azərbaycan miniatürləri» (B., 1980), «XIX – XX əsrin əvvəli Azərbaycan şəhərsalma və memarlığı» (Leninqrad, 1986), «Azərbaycan incəsənəti» (B., 1992), «Azərbaycan musiqi elmi» (B., 1997) və diqər əsaslı elmi əsərlər hazırlanıb dərc etdirilmişdir. Sözügedən nailiyyətlər akademik Üzeyir Hacıbəyli, akademik Mikayıl Hüseynov, akademik Əbdülvahab Salamzadə, müxbir üzv Cəfər Cəfərov, müxbir üzv Kərim Kərimov və bir sıra tanınmış sənətşünas alimlərin adları ilə bağlıdır.
Azərbaycan memarlıq və sənətşünaslıq elminin yeni fəaliyyət mərhələsi müstəqillik illərində başlamışdır. Son iyirmi ildə institutun kollektivi bir tərəfdən Azərbaycan incəsənətinin bütün növ və janrlarının tarixinin yaradılması, digər tərəfdən isə Azərbaycan incəsənətinin nəzəri və metodoloji problemlərin araşdırılması üzərində çalışmışdır. Bu dövrdə yekün xarakteri daşıyan əsaslı əsərlər işıq üzü görmüşdür. Onların sırasında ak. R.Əfəndiyevin «Azərbaycan incəsənəti» (B., 2001) və «Azərbaycan incəsənəti dünya muzeylərində» (B., 2009), m.ü. Z.Səfərovanın «Azərbaycan musiqi tarixi» (B., 2012), m.ü. İ.Kərimovun «Azərbaycan teatr tarixi» (B., 2 cilddə, 2008, 2010), m.ü. Ş.Fətullayevin «Bakı memarlıq ensiklopediyası» (B., 2013), prof. Ə.Salamzadənin «Azərbaycan sənətşünaslığı. XX əsr» (B., 2001) və digər dəyərli tədqiqatları geyd etmək lazımdır. Müstəqillik illərində institutun beynəlxalq fəaliyyətidə güclənmişdir. Son iyirmi ildə burada «Yaxın və Orta Şərq memarlığı və incəsənəti» (1992), «Böyuk İpək yolu: Avrasiya mədəniyyətləri dialoqu» (2002), «Azərbaycan xalçası və xalq tətbiqi sənəti» (2003), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Avrasiya informasiya mədəniyyəti» (2009), «Fəlsəfə və sənətşünaslıq: fənnlərarası qarşılıqlı əlaqələrinin metodologiyası» (2010), «Tarixi-mədəni irsin qorunması və təbliği problemləri» (2010), «Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası» (2012) mövzularında beynəlxalq elmi konfranslar keçirilmişdir. Eyni zamanda İnstitutun əməkdaşları Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Moldova, Polşa, İtaliya, Macarıstan, İspaniya, Fransa, Böyuk Britaniya, İsveçrə, Tunis, İordaniya və İranda keçirilən elmi və yaradıcılıq forumlarında iştirak etmişlər. Son illərdə beynəlxalq fəaliyyət çərçivəsində aparılan mühüm istiqamətlərdən biri YUNESKO xətti ilə görülən işlərdir. 2000-ci ildən etibarən institutun əməkdaşlarının bilavasitə iştirakı ilə Azərbaycanın bir sıra tarix və mədəniyyət abidələri YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir. Bu siyahıda ilk Azərbaycan abidəsi İçəri Şəhər tarixi-memarlıq qoruğu olmuşdur. Sonra isə Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan qeyri-maddi irsinin Reprezentativ siyahıya təqdim olunması prosesi başlamışdır. Beləliklə, 2000-2012-ci illərdə sözügedən siyahıya muğam, tar, aşıq və xalça sənətləri daxil edilmiş, hal-hazırda isə şəbəkə sənətinin Reprezentativ siyahıya təqdim olunması üzrə hazırlıq işləri görülür. 2010-2014-cü illərdə institutun əməkdaşlarının fəaliyyəti nəticəsində artıq türkoloji sənətşünaslıq adı ilə tanınan yeni elmi istiqamət formalaşmışdır. Bu dövrdə «Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər» I-ci (2010), II-ci (2011) və III-cü (2013) Beynəlxalq elmi konfransları keçirilmiş, «Türk mədəniyyətinin rəmzləri» (Daşkənd, 2011), «Tenqri və damğa: türk dünyasının varisləri» (B., 2010), «Türk incəsənəti tarixinin dövrləşməsinin metodoloji problemləri» (Astana, 2014) innovativ xarakter daşıyan müştərək elmi tədqiqatlar nəşr olunmuşdur. Eyni zamanda İnstitutun Özbəkistan Rəssamlıq Akademiyası (Daşkənd), T.Jurqenov ad. Qazaxıstan Milli İncəsənət Akademiyası (Almatı) və İstanbul Kültür Universiteti ilə elmi əməkdaşlıq haqqında müqavilələri bağlanmış, Beynəlxalq Türk Akademiyası (Astana) ilə elmi əlaqələr genişlənmişdir. |
|
İşçilərinin ümumi sayı | 121 | |
Struktur bölmələri | Teatr, kino və televiziya şöbəsi Azərbaycan musiqi tarixi və nəzəriyyəsi İncəsənətin qarşılıqlı əlaqələri Memarliq abidələrinin qorunması və bərpası problemləri Şəhərsalma şöbəsi Muğamşünaslıq Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsi Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsi Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsi Musiqi folkloru şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi Təhsil şöbəsi Elektron xidmətlər şöbəsi |
|
Elmi şura - sədr - sədr müavini - katib - üzvləri |
Salamzadə Ərtegin Zeynalov Xəzər Kərimli Vüqar Səfərova Zemfira Məmmədova Rəna Əmənzadə Rayihə Abdullayeva Rəna Fərhadova Sevil Köçərli İradə Əliyeva Rahibə Qafarov Vidadi Sadıqova Aidə Əliyeva Pərvanə |
|
Gənc alimlər və mütəxəssislər şurası
- sədr - sədr müavini - katib - üzvləri |
Əhmədov Əlləz Səlimxan oğlu Rzayeva Fidan Vasif qızı Rüstəmli Ləman Sahib qızı Babaşov Rəşad Rizvan oğlu Quliyeva Sitarə Şücaət qızı Məmmədova Oksana Ələkbər qızı Ələkbərova Aynur Yusif qızı Soltanova Nigar Qərib qızı Hüseynov Sadiq Natiq oğlu Qəhrəmanlı Elxan Əhməd oğlu Məmmədova Əminə Miryusif qızı Məmmədov Eşqin Nuru oğlu Əliyeva Vəfa Cəsarət qızı Məmmədova Lalə Eldar qızı Qafarlı Səmərə Vidadi qızı Ramazanova Nigar Rəhim qızı Aslanxanova Salina Raviddinovna Musayeva Zülfiyyə Ağəli qızı Mərdanlı Pərviz Mərdan oğlu Abdullayeva Aysel Rəşid qızı Əlizadə Rüxsarə Eldar qızı Quliyeva Arzu Mehman qızı Abbasov Samiq Namiq oğlu Həsənova Şəfa Nizami qızı Həsənzadə Leyla Ələkbər qızı |
|
Dissertasiya şurası
- sədr - sədr müavini - elmi katib - üzvləri |
Salamzadə Ərtegin Əbdülvahab oğlu Məmmədova Rəna Azər qızı Zeynalov Xəzər Atif oğlu Abdullayeva Rəna Həbib qızı Əliyev Elşad Vüqar oğlu Əliyeva Kübra Muxtar qızı Kərimli Vüqar Qaracan oğlu Abbasov Namiq Əkbər oğlu Abdullayev Çingiz Əli oğlu Mirzəzadə Sirus Yədulla oğlu Əliyeva Pərvanə Əli qızı Hüseynov Arif Şahbaz oğlu Hüseynov İlqar Həsrət oğlu Kazımi Gülçin Əlabbas qızı Qalimjanova Asiya Saidovna |
|
Həmkarlar təşkilatı - sədr - sədr müavini - büro üzvləri |
Əliyeva Pərvanə Əli qızı Abdullayeva Samirə Mirəhməd qızı Şirzadova Turanxanım Hidayət qızı Heydərova Günel Elçin qızı Abbasov Namiq Ələkbər oğlu Hüseynov Cahid Mürşüd oğlu Bayramova Xumar Zakir qızı |
|
Elmlər doktorları |
||
Fəlsəfə doktorları |