www.science.az
23.07.2018 12:28

İyulun 24-də "Elm və İnnovasiya" proqramının növbəti buraxılışı yayımlanacaq

İyulun 24-də saat 21:30-da AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda palçıq vulkanlarının araşdırılması sahəsində əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.